Tədqiqat Mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsi

Tədqiqat Mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsi əvvəlcə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) struktur bölməsi kimi Elmi fəaliyyətin təşkili və idarə edilməsi Departamentinin (EFTİED) tərkibində fəaliyyət göstərib. Şöbə EFTİED direktorunun təqdimatı və UNEC Rektorunun 828/3/2018 №-li əmri ilə yaradılıb.
UNEC-in tədqiqat universitetinə çevrilməsində tədqiqat mərkəzləri və laboratoriyaların rolunu nəzərə alaraq, aparılan tədqiqat işlərinin səmərəliliyinin artırılması məqsədilə Elmi fəaliyyətin təşkili və idarə edilməsi departamentinin Tədqiqat mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsi 15.09.2020-ci il tarixdən həmin departamentin tərkibindən çıxarılaraq müstəqil struktur bölmə kimi müəyyən edilmişdir.
UNEC-də fəaliyyət göstərən tədqiqat mərkəzləri və laboratoriyalarının işinə nəzarət Tədqiqat mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsi tərəfindən həyata keçirilir
- Universitetdə yaradılan tədqiqat mərkəzlərinin işinin əlaqələndirilməsi, təşkili və onların fəaliyyətinin dəstəklənməsi;
- Elmi-tədqiqat işlərinin təşkili və aparılması təcrübəsini öyrənmək, Respublikanın və xarici dövlətlərin elmi-tədqiqat müəssisələri ilə əlaqə yaratmaq və elmi mübadilələri həyata keçirmək;
- Respublikanın və xarici ölkələrin universitetlərində fəaliyyət göstərən tədqiqat mərkəzləri ilə birgə elmi-tədqiqat işlərinin aparılması proqramlarında, qrant və layihələrdə iştirak etmək;
- Tədqiqat mərkəzlərinin rəhbərlərini mütəmadi olaraq universitet rəhbərliyi tərəfindən qəbul edilən qərar və verilən göstərişlərlə məlumatlandırmaq;
- Professor-müəllim heyətini planlaşdırılan elmi tədbirlər haqqında məlumatlarla tanış etmək və əməkdaşların bu elmi tədbirlərdə iştirakını təşkil etmək;
- Tədqiqat mərkəzlərinin elmi istiqamətlərinin və adlarının dəyişdirilməsi, yeni elmi-tədqiqat mərkəzlərinin (laboratoriyalarının) yaradılması və ləğv edilməsi, yeni rəhbərlərin və Mərkəz üzvlərinin təyinatı barədə təklifləri toplamaq və universitet rəhbərliyinə təqdim etmək.
- Universitetdə tədqiqat mərkəzlərinin fəaliyyətinin əlaqələndirilməsi və təşkili;
- Universitetdə aparılan elmi-tədqiqat işlərinin səviyyəsinin artırılması və professor-müəllim heyətinin elmi-tədqiqat fəaliyyətinin yüksəldilməsi;
- Dünyanın bir sıra universitetlərinin müvafiq təşkilatları ilə elmi əməkdaşlığı genişləndirmək, müasir elmi təcrübələrin universitetdə tətbiqinə nail olmaq;
- Təhsil alan gənclərin tədqiqat mərkəzlərinə cəlb edilməsi;
- Tədqiqat mərkəzlərinin apardığı elmi-tədqiqat işlərinin nəticələrinin beynəlxalq səviyyəli jurnallarda çap olunma intensivliyinin və sayının artırılması.
Hüseynova Rəna Şikar qızı – şöbə müdiri
Cəfərova Natavan Rasim qızı – baş mütəxəssis
İsmayılova Mələk Fazil qızı – mütəxəssis