Tədqiqat Mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsi

Rəna Hüseynova

Rəna Hüseynova

Tədqiqat mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsinin müdiri

Şöbə universitet daxilində fəaliyyət göstərən tədqiqat mərkəzlərinin fəaliyyətini səmərəli şəkildə təşkil edən və əlaqələndirən qurumldur.

Tədqiqat Mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsi əvvəlcə UNEC-in struktur bölməsi kimi Elmi fəaliyyətin təşkili və

idarə edilməsi departamentinin (EFTİED) tərkibində fəaliyyət göstərib. UNEC-in tədqiqat universitetinə çevrilməsində tədqiqat mərkəzləri və laboratoriyaların rolunu nəzərə alaraq, aparılan tədqiqat işlərinin səmərəliliyinin artırılması məqsədilə EFTİED-in Tədqiqat mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsi 15.09.2020-ci il tarixdən müstəqil struktur bölmə kimi müəyyən edilmişdir.

Şöbənin funksiyalarına aiddir: Universitetdə yaradılan tədqiqat mərkəzlərinin işinin əlaqələndirilməsi, təşkili və onların fəaliyyətinin dəstəklənməsi; Elmi-tədqiqat işlərinin təşkili və aparılması təcrübəsini öyrənmək, Respublikanın və xarici dövlətlərin elmi-tədqiqat müəssisələri ilə əlaqə yaratmaq və elmi mübadilələri həyata keçirmək; Respublikanın və xarici ölkələrin universitetlərində fəaliyyət göstərən tədqiqat mərkəzləri ilə birgə elmi-tədqiqat işlərinin aparılması proqramlarında, qrant və layihələrdə iştirak etmək və s.

Sobe xeberleri

25 December 2024
“Yaşıl Dünyanın Qarabağ Modeli” adlı ümumrespublika elmi məqalə müsabiqəsinin nəticələri açıqlanıb
22 November 2024
Almaniyalı alim COP29-a səfəri çərçivəsində UNEC-i ziyarət edib
20 November 2024
UNEC-in tədqiqat mərkəzi COP29-da təmsil olunub

Contact

Ünvan: Bakı, İstiqlaliyyət, 6 (I korpus, otaq 105)

Phone

+(994) 12 492-57-31

Email

tedgigatmerkezleri@unec.edu.az

Other Sections