Maliyyə və mühasibat fakültəsi ölkənin maliyyə sisteminin tələblərinə uyğun olaraq mütəxəssis hazırlayan, maliyyə və mühasibat uçotu sahəsində nəzəri və praktiki biliklərin verilməsini təmin edən əsas fakültələrdən biridir.
*
Maliyyə və mühasibat fakültəsi 2015-ci ilin sentyabr ayında iki fakültənin – Maliyyə və Uçot-iqtisad fakültələrinin birləşməsi nəticəsində yaranmışdır.
*
Fakültə Azərbaycan Respublikası Maliyyə Nazirliyi, Azərbaycan Respublikası Hesablama Palatası, Azərbaycan Respublikası Mərkəzi Bankı, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, “Kapital Bank” ASC və digər qurumlarla sıx əlaqədə fəaliyyət göstərir. Maliyyə və mühasibat fakültəsində xarici əlaqələrə xüsusi diqqət yetirilir, Türkiyə, Ukrayna, Rusiya Federasiyası və digər ölkələrlə geniş elmi və təhsil əlaqələri saxlanılır.
*
2025/2026-cı tədris ilində fakültəyə 524 tələbə qəbul olunub, 8 tələbə 600 və daha yuxarı bal toplayıb. 2025/2026-cı tədris ili üzrə keçirilən qəbul imtahanlarında 617,0 bal toplayaraq Maliyyə və mühasibat fakültəsində ən yüksək nəticə göstərmiş tələbə Ayxan Kərimli olub. Fakültəyə qəbul olan tələbələrdən 11 nəfəri əcnəbi vətəndaşıdır. Hazırda fakültədə ümumilikdə 2043 tələbə təhsil alır.
*
Dekan, i.e.n., dos.
Dekan müavini, i.e.n., dos.
Katib
“Tyutor xidməti” bölməsinin rəhbəri
“Qeydiyyat,uçot və sənədləşmə” bölməsinin rəhbəri
Tyutor
Tyutor
Operator-kargüzar
Tyutor
Operator-kargüzar
Operator-kargüzar