Anar Eyyubov Kürdoğlu
Rus İqtisad Məktəbinin direktor müavini, “Tətbiqi iqtisadiyyat” kafedrasının dosenti
+(994) 12 564-16-74
1999-cu ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsini (bakalavr), 2001-ci ildə həmin universitetin magistratura pilləsini bitirib.
UNEC-in “İqtisadçı” qəzetinin redaktoru vəzifəsində çalışıb.
Hazırda Rus dilində tədris mərkəzinin direktor müavinidir, “Tətbiqi iqtisadiyyat” kafedrasının 0,5 ştat dosentidir.
QHT xətti ilə etnik münaqişələrlə bağlı onlarla beynəlxalq və yerli treyninqlərdə iştirak etmiş, tədris modulu hazırlamışdır.
Konfliktologiya, sülhquruculuğu sahəsində ekspert qismində müxtəlif formatlarda tədbirlərdə iştirak etməkdədir. 3 bədii kitabın müəllifidir.
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 90 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikasının Təhsil naziri Emin Əmrullayevin əmrinə əsasən, “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunmuşdur.
2015-ci ilin noyabrında Moskvada keçirilən Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) VI Forumunda iştirak edib. “RAGB: gənclərin layiqli gələcəyi naminə” mövzusuna həsr olunan forumda “Gəncliyin karyera inkişafı, sahibkarlıq və uğura aparan yollar” adlı bölmədə məruzə ilə çıxış edib.
Ailəlidir, iki övladı var.