Anar  Eyyubov  Kürdoğlu

Anar Eyyubov Kürdoğlu

Rus İqtisad Məktəbinin direktor müavini, “Tətbiqi iqtisadiyyat” kafedrasının dosenti

Avesis链接
Bakı şəhəri, Həsən Əliyev 135 (II Tədris binası)
+(994) 12 564-16-74
15 fevral  1978-ci ildə anadan olub.
1999-cu ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsini (bakalavr), 2001-ci ildə həmin universitetin magistratura pilləsini bitirib.
2002-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin “Beynəlxalq münasibətlər” kafedrasının baş müəllimi işləməyə başlayıb.
UNEC-in “İqtisadçı” qəzetinin redaktoru vəzifəsində çalışıb.
Hazırda Rus dilində tədris mərkəzinin direktor müavinidir, “Tətbiqi iqtisadiyyat” kafedrasının 0,5 ştat dosentidir.

QHT xətti ilə etnik münaqişələrlə bağlı onlarla beynəlxalq və yerli treyninqlərdə iştirak etmiş, tədris modulu hazırlamışdır.
Konfliktologiya, sülhquruculuğu sahəsində ekspert qismində müxtəlif formatlarda tədbirlərdə iştirak etməkdədir. 3 bədii kitabın müəllifidir.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 90 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikasının Təhsil naziri Emin Əmrullayevin əmrinə əsasən, “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunmuşdur.

2012-ci  ildə “Millətlərarası münasibətlər milli özünüdərkə təsir amili kimi (Cənubi Qafqazda XX əsrin əvvəllərində)” mövzusunda  dissertasiya işini müdafiə etmiş və Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 18 fevral 2014-cü il tarixli qərarı ilə tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.
2015-ci ilin noyabrında Moskvada keçirilən Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) VI Forumunda iştirak edib. “RAGB: gənclərin layiqli gələcəyi naminə” mövzusuna həsr olunan forumda  “Gəncliyin karyera inkişafı, sahibkarlıq və uğura aparan yollar” adlı bölmədə məruzə ilə çıxış edib.

Ailəlidir, iki övladı var.