Nizami  Xudiyev

Nizami Xudiyev

Avesis link

nizami_khudiyev@unec.edu.az
+(994) 12 492-59-13
+(994) 12 492-40-04; 18-46 (1100)

Xudiyev  Nizami Nəcəfqulu oğlu Bakıda anadan olub.
Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) maliyyə-kredit ixtisası üzrə fərqlənmə diplomu ilə bitirdikdən sonra sığorta sistemində gənc mütəxəssis kimi işləyib.

1985-1988-ci illərdə Leninqrad Maliyyə-İqtisad Universitetinin maliyyə ixtisası üzrə əyani aspirantı olub.
1988-ci ildə Leninqrad (indiki Sankt-Peterburq) şəhərində sığorta mövzusunda maliyyə, pul tədavülü və kredit ixtisası üzrə namizədlik disserasiyası müdafiə edib.

1989-cu ildən İqtisad Universitetinin “Maliyyə” kafedrasında müəllim fəaliyyətinə başlayıb, 1996-cı ildə dosent elmi adı alıb.
2005-ci ildə İqtisad Universitetinin “Maliyyə” kafedrasında milli sığorta bazarının problemlərinə həsr olunmuş elmlər doktoru dissertasisının ilkin müzakirəsindən uğurla keçib. 2010-cu ildə universitetin Dissertasiya Şurasında müdafiə edib.
2011-ci ildə AR Prezidenti yanında AAK-ın qərarı ilə iqtisad üzrə elmlər doktoru elmi dərəcəsi, 2017-ci ildə professor elmi adı verilib.

Sığorta məsələlərinə dair 70-dən çox elmi əsərin, o cümlədən 2 dərslik, 2 dərs vəsaiti, 2 metodiki göstəriş, monoqrafiya və onlarla elmi məqalənin müəllifidir.
N.Xudiyevin Sığorta fənninə dair multimedia dərslərini edu.cbar.az saytının “Sığorta” bölməsində izləmək olar.

UNEC Elmi-Metodik Şurasının, Dissertasiya Şurasının və fakültə Elmi Şurasının üzvudür.
2015-ci ildə səmərəli pedaqoji fəaliyyətinə görə AR Təhsil Nazirliyinin Fəxri Fərmanina layiq görülüb.

Ailəlidir, iki övladı var.