1985-1988-ci illərdə Leninqrad Maliyyə-İqtisad Universitetinin maliyyə ixtisası üzrə əyani aspirantı olub.
1988-ci ildə Leninqrad (indiki Sankt-Peterburq) şəhərində sığorta mövzusunda maliyyə, pul tədavülü və kredit ixtisası üzrə namizədlik disserasiyası müdafiə edib.
1989-cu ildən İqtisad Universitetinin “Maliyyə” kafedrasında müəllim fəaliyyətinə başlayıb, 1996-cı ildə dosent elmi adı alıb.
2005-ci ildə İqtisad Universitetinin “Maliyyə” kafedrasında milli sığorta bazarının problemlərinə həsr olunmuş elmlər doktoru dissertasisının ilkin müzakirəsindən uğurla keçib. 2010-cu ildə universitetin Dissertasiya Şurasında müdafiə edib.
2011-ci ildə AR Prezidenti yanında AAK-ın qərarı ilə iqtisad üzrə elmlər doktoru elmi dərəcəsi, 2017-ci ildə professor elmi adı verilib.