Yeganə Ağamalıyeva

Yeganə Ağamalıyeva

Avesis linki

Bakı, H.Əliyev küçəsi, 135 (III korpus)
+(994)12 492-59-03 (13-22)

Ağamalıyeva Yeganə Çərkəz qızı 19 fevral 1976-cı ildə Bakı şəhərində anadan olmuşdur.
1993-cü ildə Azərbaycan İnşaat Mühəndisləri Universiteti, Memarlıq fakültəsinə daxil olmuş, 1997-ci ildə bakalavr təhsil pilləsini fərqlənmə diplomu ilə bitirmişdir.

1997-1999-cu illərdə magistratura pilləsini fərqlənmə diplomu ilə başa vurmuşdur.
1999-cu ildə Bakı Dövlət Əmtəəşünaslıq-Kommersiya İnstitutunun “Dizayn” kafedrasında baş laborant vəzifəsində işə başlamış və saathesabı yolla dərs aparmışdır.
2001-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin “Dizayn” kafedrasında assistent vəzifəsində çalışıb.
2000-2004-cü illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin Memarlıq fakültəsində aspiranturada qiyabi təhsil almışdır.
2005-ci  ildə namizədlik dissertasiyası müdafiə etmişdir. Prezident yanında Ali Attestasiya Komissiyasının 28 noyabr  2006-cı il tarixli (protokol N33-k) qərarı ilə memarlıq elmləri namizədi alimlik dərəcəsini almışdır.
Hazırda “Dizayn” kafedrasının dosentidir.

Ailəlidir, iki övladı var.