Vüsalə Teymurova  Eynulla

Vüsalə Teymurova Eynulla

“Riyaziyyat və statistika” kafedrasının müdir müavini

Avesis linki

Ünvan: Bakı, A.Səhhət, 45 (IV korpus)
+(994) 12 541-56-93; 440-79-85

Teymurova Vüsalə Eynulla qızı 1977-ci ildə Bakı şəhərində anadan olub.
1995-1999-cu illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetində İstehsal və xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi ixtisası üzrə bakalavr təhsilini almışdır.
1999-2001-ci illərdə həmin ixtisasın magistraturasında təhsilini davam etdirmiş və universiteti fərqlənmə diplomu ilə bitirmişdir.
2002-ci ildən AR Milli Elmlər Akademiyasının İqtisadiyyat institutunda Statistika ixtisası üzrə dissertantı olmuşdur.
2007-ci ildə Statistika ixtisası “Bazar iqtisadiyyatı şəraitində Azərbaycan Respublikasının büdcə gəlirlərinin formalaşmasının statistik öyrənilməsi və qiymətləndiriılməsı” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. İqtisad elmləri namizədidir.
2003-cü ildən Azərbaycan Dövlət İqtisad Universitetinin «Statistika» kafedrasında müəllim,  baş müəllim vəzifəsində çalışmışdır.
2014-cü ildən «Statistika və ekonometrika»  kafedrasında dosent əvəzi vəzifəsində işləmişdir. 
22.07.2019 –cu il tarixindən 
Ali Attestasiya Komissiyası tərəfindən  ona dosent elmi adı verilmişdir.
2018-ci ildən 2020-ci ilədək 
«Statistika və ekonometrika»  kafedrasında kafedra müdiri əvəzi vəzifəsində çalışmışdır.
2020-ci ildən hal-hazıradək “Riyaziyyat və statistika”
 kafedrasında dosent, “Statistika” ixtisası üzrə ixtisas rəhbəri vəzifəsində çalışır.
2018 ildə Türkiyyənin Sakarya Universitetində Mevlana proqramı çərçivəsində mühazirə dərsləri aparmışdır, hal-hazıradək müxtəlif beynəlxalq və yerli elmi-tədris tədbirlərdə fəal iştirak edir. 2014-2020-ci ilədək İxtisaslaşdırılmış Dissertasiya Müdafiəsi Şuralarının Elmi Seminarının elmi katibi olmuş, 2020-ci ildən hal hazıradək Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində FD 1.11 Dissertasiya şurasının 5302.01 “Ekonometriya, iqtisadi statistika” ixtisası üzrə Daimi Elmi seminarın üzvüdür.
Hazırda UNEC-in “Riyaziyyat və statistika” kafedrasının müdir müavini vəzifəsində çalışır.
62 ç.v. həcmində 52 elmi əsərin, o cümlədən 2 dərs vəsaitin (1- həmmüəlliflə) müəllifidir. Onlardan 14 –ü Web of Science və SCOPUS bazalarında dərc edilib. Scopus elmmetrik bazasında Hirsch Index – 9, məqalələrinə istinad sayı isə 183 -dür.

ELMİ ƏSƏRLƏRİ
2017 ildə Rusiya Federasiyasının Plexanov adına Rusiya İqtisad Universitetində keçirilən Statistika üzrə  Beynəlxalq olimpiadada rəhbərlik etdiyi  tələbə qrupu ilə birlikdə  iki nominasiya üzrə qalib çıxıb,  uğur qazanmışdır.
2023- 2025–cü illərdə Plexanov adına Rusiya İqtisad Universitetində keçirilən Beynəlxalq Statistika Festivalında tələbə qrupuna rəhbərlik etmiş, mükafatlar qazanmış, 2024 -cü ildə isə sözü gedən tədbirdə tələbələri ilə birlikdə 3 yerə qalib çıxmış, hər il müxtəlif nominasiyalar üzrə uğur qazanmışdır.

2020  ildə Türkiyənin Ankara şəhərində  Hacı Bayram Vəli Universitetində keçirilən “20th International Symposium on Econometrics, OperationsResearch and Statistics (ISEOS 2020)” simpoziumunda iştirak etmiş və müvafiq sertifikatla təltif edilmişdir.
UNEC, AR Təhsil Nazirliyi, ADA, Hacettepe Universiteti və s universitetlər tərəfindən təşkil olunan beynəlxalq təlimlərdə fəal iştirak edib sertifikatlar əldə etmişdir.( SPSS Proqramı vasitəsi ilə Statistik Təhlil, Tətbiqi statistika, Qərarvermədə riyazi metodlar, Statistik proqram paketlər, Statistik modelləşməyə giriş, Çoxölçülü statistik təhlil, İri həcmli məlumatlar(Bigdata), Soft Skills, Hard Skills, Müasir müəllimin fərdi işçi planının (Syllabus) tərtibi və s.)
2020-ci ildə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Qabaqcıl Təhsil İşçisi döş nişanı ilə, 2025-ci ildə “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Fəxri Fərmanı” ilə təltif olunmuşdur.
V.E. Teymurovanın azərbaycan və rus dillərində tədris etdiyi fənlər sırasında Statistika, Ekonometrika, Biznes statistikası, Tətbiqi statistika, Coxölçülü statistik təhlil və sair fənlər yer almışdır. 2013-cü ildə Xüsusi İstedadlar Qruplarında Maliyyə- bank  statistikası, 2015-2017 -ci illərdə UNEC-in SABAH qruplarında Statistika fənnini tədris etmişdir.
Ailəlidir, bir övladı var.