Ülviyyə  İbrahimli  Bəxtiyar

Ülviyyə İbrahimli Bəxtiyar

“Xarici dillərin tədrisi mərkəzi”nin müəllimi

Avesis linki
Bakı şəhəri, İstiqlaliyyət 6 ( I Tədris korpusu)
+(994) 12 564 26 74
1994-cü il sentyabrın 16-da Bakı şəhərində anadan olub.
2012-ci ildə Bakı şəhəri 195 saylı tam orta məktəbdən məzun olub.
2012-2016 cı illərdə Azərbaycan Dillər Universitetinin “1 N li İngilis dili” fakültəsində xarici dil müəllimliyi ixtisası üzrə təhsil alıb.
2017-2019 cu illərdə isə Bakı Slavyan Universitetinin “Dilsunasliq” üzrə magistratura pilləsini bitirib. 
APTİS – sentyabr, 2022 
TESOL/TEFL – İyul, 2023 
2019-2021 ci illərdə Bakı Biznes Universitetinin Dillər kafedrasında müəllim olaraq çalışıb.
Bu müddət ərzində “Xarici dildə işgüzar və akademik kommunikasiya” fənninin bölmə rəhbəri olub.
2021-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin Xarici dillər kafedrasında müəllim olaraq fəaliyyət göstərir.
Hazırda “Xarici dillərin tədrisi mərkəzi”nin müəllimidir.
Bir neçə məqalə və tezisin müəllifidir.

ELMİ ƏSƏRLƏRİN SİYAHISI
ANS TV də yayımlanan “Ağıl Dəryası” intellektual yarışının 2012-ci il 8 Aprel tarixli buraxılışının qalibidir.
2022-ci ildə TKT (Teaching Knowledge Test) beynəlxalq sertifikatını əldə edib.