Şövkət Tağıyeva   Mustafa

Şövkət Tağıyeva Mustafa

“Xarici dillərin tədrisi mərkəzi”nin baş müəllimi

Avesis linki
Bakı şəhəri, İstiqlaliyyət 6 ( I Tədris binası)
+(994) 12 564 26 74
1963-cü ildə Bərdə rayonunda anadan olmuşdur.
1982-ci ildə Azərbaycan Dövlət Xarici Dillər Universitetinə daxil olmuş və 1987-ci ildə həmin universiteti bitirmişdir.
2000-ci ildə AMEA Nəsimi adına Dilçilik İnstitutunda aspiranturaya daxil olmuşdur.
2007-ci ildə elmi işini uğurla müdafiə edib filologiya elmləri namizədi, alimlik dərəcəsi almışdır.
1988-ci ildə 8 N-li peşə məktəbində dərnək rəhbəri işləmişdir.
1996-2000-ci illərdə Azərbaycan Dövlət İnşaat Mühəndisləri Universitetində ingilis dili müəllimi işləmişdir.
2000-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetində ingilis dili müəlliməsi işləyir.
Hazırda "Xarici dillərin tədrisi mərkəzi"nin baş müəllimi.

2000-ci ildə “İngilis dilindən Praktikum” adlı dərs vəsaiti tərtib etmişdir.
2005-ci ildə çapdan çıxmış İqtisad Universitetinin azərbaycan bölməsinin tələbələri üçün “English For Businessmen” adlı dərs vəsaitinin 2-ci hissəsinin tərcüməçi müəllifidir.
14 elmi məqalənin müəllifidir. Ailəlidir, iki övladı var.

ELMİ ƏSƏRLƏRİNİN SİYAHISI