Sona  Məsimova Şiralı

Sona Məsimova Şiralı

“Xarici dillərin tədrisi mərkəzi”nin müəllimi

Avesis linki
Bakı şəhəri, İstiqlaliyyət 6 ( I Tədris binası)
+(994) 12 564 26 74
1990-cı ildə Bakıda anadan olmuşdur.
1997-ci ildə 266 nömrəli orta məktəbə daxil olmuş və 2008-ci ildə orta məktəbi bitirmişdir.
Elə həmin ildə 618 bal ilə Azərbaycan Dillər Universitetinin 1 nömrəli ingilis dili fakültəsinə daxil olmuş, 2012-ci ildə bu universiteti fərqlənmə diplomu ilə bitirmişdir. 
2012-ci ildə 104 bal ilə Bakı Slavyan Universitetinin Dilşünaslıq ixtisası üzrə magistr pilləsinə daxil olmuş və 2014-cü ildə bu ixtisası fərqlənmə diplomu ilə bitirmişdir.
2014-cü ildə Azərbaycan Dillər Universitetinin Dil nəzəriyyəsi ixtisası üzrə doktorantura pilləsinə daxil olmuşdur.
2016-cı ildən 2018-ci ilədək Bakı Dövlət Universitetində ingilis dili müəllimi vəzifəsində çalışmışdır.
2018-ci ildən 2020-ci ilədək isə Şuşa şəhər 8 nömrəli ümumi orta məktəbdə ingilis dili müəllimi kimi işləmişdir.
2021-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin "Xarici dillərin tədrisi mərkəzi"nin ingilis dili müəllimi olaraq çalışır.
Yerli və xarici jurnallarda 9 məqaləsi çap olunmuşdur.

ELMİ ƏSƏRLƏRİN SİYAHISI

Ailəlidir, bir övladı var.