Solmaz Abidi   Ağazəki

Solmaz Abidi Ağazəki

“Xarici dillərin tədrisi mərkəzi”nin baş müəllimi

Avesis linki
Bakı şəhəri, İstiqlaliyyət 6 ( I Tədris binası)
+(994) 12 564 26 74
Abidi Solmaz Ağazəki qızı 1954-cü il iyulun 1-də Bakı şəhərində anadan olmuşdur.
1971-ci ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunun ingilis dili fakültəsinə daxil olmuşdur.
1975-ci ildə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun (indiki Azərbaycan Dillər Universiteti) ingilis dili fakültəsini bitirmişdir.
1975-1978-ci illərdə təyinatla Quba rayonu II Nüqədi kəndində ingilis dili müəllimi işləmişdir.
1978-1995-ci illərdə Bakı şəhəri 229 saylı rus məktəbində ingilis dili müəllimi kimi çalışmışdır.
1995-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin “Xarici dil – 1” kafedrasının müəllimi işləyib.
Hazırda İqtisad Universitetinin “Xarici dillərin tədrisi mərkəzi”nin baş müəllimidir.

16 məqaləsi çap olunub.

ELMİ ƏSƏRLƏRİNİN SİYAHISI

Ailəlidir, üç övladı var.