Seyran   Mirzəyev  Salam

Seyran Mirzəyev Salam

“Xarici dillərin tədrisi mərkəzi”nin məsləhətçi_professoru

Avesis linki
Bakı şəhəri, İstiqlaliyyət 6 ( I Tədris binası)
+(994) 12 564 26 74
“M.F.Axundov adına Azərbaycan Dövlət Pedağoji Dillər institutu” Filologiya üzrə Rus dili və ədəbiyyat müəllimi 1960-1965.
Moskva şəhərində SSRİ Pedaqoji elmlər akademiyasının “Milli məktəblərdə Rus dili tədrisi elmi-tədqiqat institutunun” (НИИ ПРЯНШ) aspiranturası 1969-1974

Elmi dərəcəsi. Pedağoji elmləri doktoru
Elmi ad. Professor
 

1965-ci ildə Kəlbəcər rayonunun Qılınclı kəndində başlamış, sonralar isə Zaqatala rayonunun Qımır kəndində davam etdirmişdir.
1969-ci ildən M.F.Axundov adına Rus dili və Ədəbiyyatı İnstitutunda, 1985-ci ildən isə Azərbaycan Dövlət İqtisad Universitetində və paralel olaraq “Odlar Yurdu” Universitetində çalışmışdır.
Bu müddət ərzində adları çəkilən təhsil müəssisələrində müəllim, baş müəllim, dosent, professor, dekan, kafedra müdiri vəzifələrində fəaliyyət göstərmişdir.
1976-1979-cu illərdə Banqladeş Respublikasının Dakka Universitetində, Əfqanistanın Kabul və Məzari-Şərif şəhərlərinin tədris müəssisələrində professor kimi çalışmışdır.
Azərbaycan Dövlət İqtisad Universitinin "Xarici dillərin tədrisi mərkəzi" nin məsləhətçi-professorudur.

Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən “Qabacıl təhsil işçisi” medalı ilə təltif olunmuşdur.
Təhsildə nailiyyətlərə görə Əfqanistanın Təhsil Departamenti tərəfindən Fəxri Fərmanla təltif olunmuşdur.
Ali məktəblərdə dəfələrlə Fəxri Fərmanlarla təltif olunmuşdur.