Sevinc  Məcid

Sevinc Məcid

Avesis linki

+(994) 12 497-59-03 ; daxili: 1174
+(994) 12 497-59-03 ; daxili: 1132
sevinj_macid@unec.edu.az

Sevinc Məcid Namiq qızı 1994-cü il dekabr ayının 23-də Bakı şəhərində anadan olmuşdur.
2011-ci ildə Bağça-Məktəb-Lisey Kompleksi (BMLK)-ni bitirdikdən sonra 2011-2015-ci illərdə Azərbaycan Dillər Universitetinin (ADU) xarici dil müəllimliyi (ingilis dili) ixtisası üzrə bakalavr təhsili almışdır.

2015-2017-ci illərdə Azərbaycan Dillər Universitetinin (ADU)-nun “Dilşünaslıq” ixtisası üzrə magistr dərəcəsinə yiyələnib.

2017-ci ildən “5 Media” MMC şirkətində tərcüməçi, 2019-2020-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində İnnovasiyalar Mərkəzində layihə meneceri/biznes analist vəzifəsində çalışmışdır.

2021-ci ilin may ayından UNEC Karyera mərkəzinin böyük mütəxəssisi, baş mütəxəssisi vəzifələrində çalışmışdır.
2023-cü ilin iyul ayından etibarən UNEC Karyera mərkəzinin ictimai əsaslarla direktoru vəzifəsini icra edib.
1 May 2024-cü il tarixdən UNEC Karyera mərkəzinin direktoru vəzifəsinə təyin olunmuşdur.

Ailəlidir, iki övladı var.