
Oktay Əfəndiyev
Hüquq elmləri doktoru, professor
Bakı, Həsən Əliyev küçəsi, 135
II korpus, 3-cü mərtəbə, otaq 317
+994 012-564-37-06
Əfəndiyev Oktay Firidun oğlu 1939-cu ildə Bakı şəhərində anadan olub.
1963-cü ildə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsini bitirib.
1963-1965-ci illərdə ordu sıralarında qulluq edib.
1965-1968-ci illərdə Sverdlovsk şəhərində Hüquq İnstitutunun aspiranturasında təhsil alıb, Beynəlxalq hüquq üzrə namizədlik dissertasiyasını müdafiə etmişdir.
1968-1971-ci illərdə SSRİ EA-nın Dövlət və Hüquq İnstitutunun Beynəlxalq hüquq şöbəsində elmi əməkdaş;
1971-1974-cü illərdə P. Lumumba adına Xalqlar Dostluğu Universitetinin «Beynəlxalq hüquq» kafedrasında baş müəllim;
1974-1977-ci illərdə SSRİ-nin Hindistandakı səfirliyində diplomatik korpusda çalışıb.
1977-1990-cı illərdə Moskva Maliyyə İnstitutunun «Hüquq» kafedrasında dosent;
1990-1991-ci illərdə Azərbaycan Respublikasının Ali Sovetinin «Hüquq» şöbəsində aparıcı mütəxəssis;
1991-1997-ci illərdə isə Azərbaycan Dövlət İqtisad Universitetinin «Hüquq» kafedrasının müdiri vəzifəsində çalışıb.
9 sentyabr 2009-cu ildə Azərbayсan Respublikası Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının ixtisaslaşmış müdafiə şurasında doktorluq dissertasiyasını müdafiə edib. Hüquq elmləri doktorudur.
Hazırda UNEC-in “İqtisadiyyat” kafedrasının professor-məsləhətçisidir.
50-ə yaxın elmi əsərin və 3 monoqrafiyanın müəllifidir.
Ailəlidir, iki övladı var.