
Niyazi İsmayılov
+(994) 12 492-59-13
+(994) 12 492-40-04; 18-46 (1100)
İsmayılov Niyazi Musa oğlu 11 fevral 1963-cü ildə Azərbaycan Respublikası Göyçay rayonunun Çərəkə kəndində anadan olmuşdur.
1980-ci ildə Ucar şəhər 1 saylı orta məktəbini bitirmişdir. 1981-1983-cü illərdə ordu sıralarında xidmət etmişdir.
1984-cü ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Uçot-iqtisad fakültəsinin əyani şöbəsinə «Mühasibat uçotu və təsərrüfat fəaliyyətinin təhlili» ixtisası üzrə qəbul olunmuş və 1988-ci ildə N.A.Voznesenski adına Leninqrad Maliyyə-İqtisad İnstitutunun Bakı filialını «Lenin təqaüdçüsü» kimi fərqlənmə diplomu ilə bitirərək tam ali təhsil almışdır.
1988-ci ildə «Təsərrüfat fəaliyyəti və istehsalın səmərəliliyinin təhlili» kafedrasına işə qəbul olunmuşdur.
29 dekabr 1992-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetində 08.00.12 «Mühasibat uçotu, statistika» ixtisası üzrə dissertasiya müdafiə etmiş və Rusiya Federasiyası Ali Attestasiya Komitəsinin qərarı ilə iqtisad elmləri namizədi alimlik dərəcəsi almışdır. 2001-ci ildən M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin «Uçot, təhlil və audit» kafedrasının doktoranturasına qəbul olunmuş və doktorluq dissertasiya işini müvəffəqiyyətlə başa çatdırmışdır.
1993-2000-ci illərdə İqtisad Universitetinin «Təsərrüfat fəaliyyəti və istehsalın səmərəliliyinin təhlili», «İqtisadi təhlil» kafedralarında müəllim, baş müəllim və dosent vəzifələrində çalışmış, 2005-2006-cı illərdə «Uçot-iqtisad» fakültəsində tədris işləri üzrə dekan müavini işləmişdir.
04 iyul 2006 – oktyabr 2015-ci illərdə «Uçot-iqtisad» fakültəsinin dekanı vəzifəsində işləmişdir.
Hazırda "Maliyyə və audit" kafedrasının professorudur.