Natəvan  Babayeva Fazil

Natəvan Babayeva Fazil

“Xarici dillərin tədrisi mərkəzi”nin baş müəllimi

Avesis linki
Bakı şəhəri, İstiqlaliyyət 6 ( I Tədris binası)
+(994) 12 564 26 74

1983-1988-ci ildə SSRİ-nin 50 illiyi adına Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun İngilis və Fransız dili müəllimliyi fakültəsində təhsil almışdır.  
UNEC (Azərbaycan Dövlət İqtisad Universiteri), ingilis dili müəllimi, 2021

İlk pedoqoji fəailiyyəti 1988-ci ilin dekabrından Latviya Respublikasının Riqa şəhərində 124 saylı bağça-məktəb kompleksində tərbiyəçi müəllim kimi başlamışdır.
2008-ci ildən Bakı Slavyan Universiteti, Roman – German filologiyası kafedrasında müəllim vəzifəsinə qəbul edilmiş və bir müddət sonra Ingilis filologiyası kafedrasında baş müəllim vəzifəsində fəaliyyətini davam etdirmişdir.
ERASMUS PETRA Layihəsinin Univeritet üzrə koordinator olaraq Avstriyanın “Dəqiq Elmlər” Universitetində,Türkiyənin “Qazi” Universitetində, İspaniyanın “Valensiya” Universitetində təcrübə mübadiləsində iştirak etmişdir.
UNEC -lə ilk tanışlığım 2018-ci ildən Britaniya Şurası (British Council) xətti ilə SABAH qruplarında ingilis dilinin tədrisi ilə başlamışdır.
Hazırda “Xarici dillərin tədrisi mərkəzi”nin baş müəllimidir.

Dəfələrlə Beynəlxalq və Respublika konfranslarının iştirakçısı olmuş, İngiltərənin Kent Universitetində, Çin Xalq Respublikasında təcrübə müəllim mübadiləsi keçmişdir.
Təhsil Nazirliyi və Avropa İttifaqının Azərbaycanda Boloniya sisteminə dəstək -“Twinning” layihəsində qiymətləndirmə üzrə yerli eksperti seçilmişdir və bununla əlaqədar olaraq Finlandiya və Estoniyada təcrübə keçmişdir.
AZETA və İATEFL cəmiyyətlərinin üzvüdür.