Məhiş  Əhmədov Alış

Məhiş Əhmədov Alış

"İqtisadi və texnoloji elmlər" kafedrasının məsləhətçi -professoru

Avesis linki
Bakı, A.Səhhət, 45 (IV Tədris binası)
+(994) 12 541-56-93; 440-79-85
m.ahmedov@unec.edu.az
Məhiş Alış oğlu Əhmədov 1945-ci ildə anadan olub. 
1963-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) iqtisad fakultəsinin (ixtisas – Xalq təsərrüfatının planlaşdırılması) daxil olub, 1969-cu ildə həmin ixtisası bitirib.
1970-1977-ci illərdə Az.İEA-nın İqtisadiyyat institutunda kiçik elmi işçi, 1977-1980-ci illərdə baş elmi işçi vəzifələrində işləyib.
1980-1991-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində baş müəllim, dosent, 1991-1996-cı illərdə kafedra müdiri olub.
1974-cü ildə namizədlik dissertasiyasını müdafiə edərək iqtisad elmləri namizədi elmi dərəcəsi alıb. 1984-cü ildə dosent vəzifəsini tutub.
2005-ci ildə iqtisad elmləri doktoru elmi dərəcəsinə layiq görülüb. 2011-ci ildə professor vəzifəsinə layiq görülüb. Əməkdar elm xadimidir.
2006-cı ildən 2022-ci ilin sentyabrına kimi İqtisad Universitetinin «İqtisadiyyatın tənzimlənməsi» kafedrasının müdiri olub.
2006-2008-ci illərdə Azərbaycan Respublikası Prezidenti yanında fəaliyyət göstərən Ali Attestasiya Komissiyasının «İqtisadiyyat və hüquq elmləri üzrə» ekspert şurasının üzvi olub.
2008-ci ildən universitetin nəzdində fəaliyyət göstərən İxtisaslaşdırılmış Müdafiə Şurasının üzvüdür. Azərbaycanda «Elmi tədqiqatların təşkili və əlaqələndirilməsi»nin «İqtisad bölməsi» üzrə Problem Şurasının, Universitetin Elmi Şurasının, İqtisad elmləri: «Nəzəriyyə və praktika» jurnalının redaksiya heyətinin üzvü, universitetin Tədris-Metodiki Şurasının bölmə rəhbəridir.
Hazırda "İqtisadi və texnoloji elmlər" kafedrasının məsləhətçi -professorudur.
150 elmi-metodiki əsərin, 3 dərslik, 4 dərs vəsaitlərinin, çoxsaylı tədris proqramlarının, dövlət orqanlarına təqdim olunmuş 5 təhriri məruzənin, 100 çap vərəqindən çox olan rus dilindən azərbaycan dilinə tərcümə olunmuş 3 dərsliyin elmi redaktoru olub.
AR Prezidentinin 26 sentyabr 2011-ci il Sərəncamına əsasən Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə “Əməkdar Müəllim” fəxri adı verilib.
Azərbaycan Respublikası Prezidentinin 24 sentyabr 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycan Dövlət İqtisad Universitetinin 90 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilib.