Leyla  Tağıyeva   İntiqam

Leyla Tağıyeva İntiqam

“Humanitar fənlər” kafedrasının icraçı assistenti

Avesis linki
 Bakı, H.Əliyev küçəsi, 135 (II Tədris binası)
+(994) 12 564-40-07
Leyla İntiqam qızı Tağıyeva 1980-ci ildə İmişli rayonunda anadan olmuşdur.
1996–2000-ci illərdə Bakı Dövlət Universitetində “Sosial elmlər və psixologiya” fakultəsinin “Sosiologiya” ixtisası üzrə bakalavr pilləsində təhsil almışdır.

L.İ.Tağıyeva 2004-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyat və idarəetmə istiqaməti üzrə “Menecment” ixtisasının magistr pilləsinə daxil olmuş və 2007-ci ildə fərqlənmə diplomu ilə bitirmişdir.
2001-ci ildə UNEC-in “Hüquq” kafedrasında laborant, 2002-2016-cı illərdə “Politologiya” kafedrasında böyük laborant, 2016-2022 -cı ildə “Humanitar fənlər” kafedrasın da böyük laborant vəzifələrində çalışmışdır.
2023-cü ildən hal-hazıradək “Humanitar fənlər” kafedrasında icraçı assistent vəzifəsində çalışır.

14 may 2025-ci ildə “Sahə iqtisadiyyatı” ixtisası üzrə iqtisadiyyat üzrə fəlsəfə doktoru elmi dərəci almaq üçün dissertasiya müdafiə etmişdir.
2017-ci ildən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aqrar Tədqiqatlar Mərkəzinin dissertantıdır və “Pambıqçılıq komkleksinin iqtisadi inkişaf prioritetləri” mövzusu üzrə dissertasiya işini tamamlayıb Müdafiə Şurasına təqdim etmişdir, 13 məqalənin müəllifidır.
2020-ci ildə UNEC-in 90-illik yubileyi münasibətilə Fəxri Fərmanla təltif edilib.
2024-cü ildə UNEC-in “Umumi Fənlərin Tədrisinin Təşkili”nin departamentinin direktoru dos.G.N.Rzayeva tərəfindən təşəkkürnamə ilə təltif olunub.
“Politologiya” kafedrasında 2006-2008-ci illərdə saathesabı qaydada dərs aparmışdır.
Beynəlxalq və respublika əhəmiyyətli elmi konfranslarda elmi məruzələrlə çıxışlar edib.
Universitetin ictimai işlərində fəal iştirak edib.
Ailəlidir, 1 övladı var.