Əlirza  Məmmədov İsrəfil

Əlirza Məmmədov İsrəfil

"İqtisadi və texnoloji elmlər" kafedrasının dosenti

Avesis linki
Bakı, A.Səhhət, 45 (IV Tədris binası)
+(994) 12 541-56-93; 440-79-85
Məmmədov Əlirza İsrəfil oğlu 15 yanvar 1959-cu ildə Füzuli rayonunun Qaraxanbəyli kəndində anadan olmuşdur.
1980-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu (indiki Azərbaycan Dövlət İqtisad Universitetini) “Əməyin iqtisadiyyatı” ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir.
1980-ci ildən 1991-ci ilin oktyabr ayınadək təyinatla Bakı Aqreqat İstehsalat Birliyində normalaşdırıcı, iqtisadçı, böyük iqtisadçı, büro rəisi, şöbə rəisi vəzifələrində çalışmışdır.
15.10.1990 – 30.08.1991-ci illərdə Azərbaycan Respublikası Maliyyə Nazirliyində I dərəcəli iqtisadçı vəzifəsində işləmişdir.
1991-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin “Əməyin iqtisadiyyatı və təşkili” kafedrasında müəllim, baş müəllim, dosent vəzifələrində çalışmışdır.
2008-2010-cu illərdə İqtisad Universitetinin Magistr Hazırlığı Mərkəzinin direktor müavini olub.
2019-cu ildən UNEC-in “Biznesin idarə edilməsi” kafedrasının dosentidir.2 015-ci ildən 2022-ci ilin sentyabrına kimi Magistratura Mərkəzinin  direktor müavini vəzifəsində işləyib.
2022-ci ildə UNEC-in Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin rəhbər müavini işləmişdir.
Hazırda "İqtisadi və texnoloji elmlər" kafedrasının dosentidir.
“İnsan resurslarının idarə edilməsi” (2008), “Əməyin fiziologiyası və psixologiyası” (2013), “Gəlir və əmək haqqı siyasəti” (2013), “Erqonomika” (2013) fənləri üzrə tədris proqramları, metodik göstərişlər çap olunmuşdur. 
40-dan çox elmi-metodiki əsərin müəllifidir.

 ELMİ ƏSƏRLƏRİN SİYAHISI
Ailəlidir, üç övladı var.