Əliağa Qasımov Əliəsgər
İAETİ-də elmi işçi
aliaqa.qasimov@unec.edu.az
+(994)-12-492-59-98
Bakı, İstiqlaliyyət küçəsi, 6 (I korpus)
1. 1995-2001-ci illər, bakalavr pilləsi, İran İslam Respublikası, Tehran şəhəri, Əllamə Təbatəbayi adına Universitet, “Ticarətin iqtisadiyyatı” ixtisası (Azərbaycan Respublikası Təhsil Nazirliyinin xətti ilə);
2. 2003-2006-cı illər, magistr pilləsi, Azərbaycan Dövlət İqtisad Universiteti, MBA Proqramı, “Beynəlxalq biznes” ixtisası;
3. 2006-cı ildən, Azərbaycan Dövlət İqtisad Universiteti, Dissertant, Elmi işin mövzusu: “Azərbaycanda elektron kommersiyanın inkişaf istiqamətləri”.
2002-2006-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin “İnformasiya iqtisadiyyatı və texnologiyaları” kafedrasıında laborant;
2006-2010-cu illərdə isə Azərbaycan Dövlət İqtisad Universitetinin “İnformasiya iqtisadiyyatı və texnologiyaları” kafedrasıında böyük laborant vəzifəsində çalışmışdır.
2010-cu ildən indiyə qədər Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunda “Klasterial inkişaf və innovasiya” şöbəsində elmi işçi vəzifəsində çalışır.
2006-2016-cı illərdə Azərbaycan Dövlət İqtisad Universiteti “İnformasiya iqtisadiyyatı və texnologiyaları” kafedrasında saat hesabı müəllim;
2012-ci ildən indiyə qədər Azərbaycan Dövlət İqtisad Universiteti, UNEC Biznes Mərkəzində (MBA) saat hesabı müəllim kimi tədrislə məşğuldur.
40-a qədər elmi əsərin müəllifidir.
Tədqiqat sahələri: İnnovasiya iqtisadiyyatı, İnformasiya və kommunikasiya texnologiyaları sektorunun inkişafı və iqtisadiyyatın sahələri üzrə İKT-dən istifadə, Rəqəmsal iqtisadiyyatın formalaşması və inkişafı problemləri, İqtisadiyyatın sahələri üzrə inkişaf məsələləri, Dünya iqtisadiyyatı, Yaşıl iqtisadiyyat, Firma iqtisadiyyatı.