Əli-Ağa   İsmayılzadə Atxan

Əli-Ağa İsmayılzadə Atxan

“İqtisadi və texnoloji elmlər” kafedrasının dosenti

Avesis linki
Bakı, A.Səhhət, 45 (IV Tədris binası)
+(994) 12 541-56-93; 440-79-85
1979-cu ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təssərüfatı İnstitutunun “Xalq təssərufatının planlaşdırması” fakültəsini əməyin iqtisadiyyatı ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir.
1979-1982- ci illər ərzində Rusiya Federasiyasının “Tatneft”və “KAMAZ” istehsal birliyində mühəndis vəzifələrində işləmiş və Sovet ordusunda hərbi xidmətdə olmuşdur.
1982-ci ilin oktyabr – 1983-ci ilin avqust aylarında Bakı şəhərində yerləşən “Bakıkondisioner” istehsalat birliyində sex ustası vəzifəsində çalışmışdır.
1983-ci ilin sentyabr ayında D.Bünyadzadə adına Azərbaycan Xalq Təssərüfatı İnstitunun (indiki UNEC) aspiranturasının əyani şöbəsinə daxil olmuş və 1986-ci ilin iyul ayında bitirmişdir.
27 noyabr 1987-ci ildə “Fərdi əmək məhsuldarlığının qiymətləndirilməsinin və ölçülməsinin dəyər göstəricilərinin təkmilləşdirilməsi” (Azərbayçan SSR-nin elektrotexnika sənayesini və neft maşınqayırma müəssisələrinin materialları əsasında) mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək iqtisadi elmlər namizədi elmi dərəcəsini almışdır.
1986-1990-ci illərdə SSRİ–nin Dövlət Əmək Komitəsinin Əmək Elmi-Tədqiqat İnstitunun Azərbaycan filialında “Əməyin səmərəliliyi” şöbəsində baş və aparıcı elmi işçi vəzifələrində çalışmışdır.
1991-ci ilin sentyabrından 1998-ci ilin avqust ayına qədər Azərbaycan Dövlət İqtisad Universitetinin “Əməyin iqtisadiyyatı və təşkili” kafedrasında baş müəllim vəzifəsində çalışmışdır. 
1996-1998-ci illərdə Amsterdam Universitetin MBA proqramını bitirmiş və Biznes inzibatçılığı üzrə sertifikat almışdır.
1999-cu ilin noyabr ayından – 2005-ci ilin may ayınadək İqtisad Universitetinin “Əməyin iqtisadiyyatı və təşkili” kafedrasında baş müəllim vəzifəsində çalışmışdır.
2005-ci ilin iyun ayında bu universitetin Təcrübə və işədüzəltmə şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdir.
2006-ci ilin oktyabrında “Təcrübə və işədüzəltmə” şöbəsinin müdiri vəzifəsindən azad edilməklə həmin kafedranın tam ştat dosenti vəzifəsinə keçirilmişdir.
2009-cu ilin dekabr ayında müsabiqədən keçdiyinə görə İqtisad Universitetinin nəzdində İqtisadi Araşdırmalar Elmi-Tətdqiqat İnstitunun Sosial inkişaf problemləri şöbəsinin 0,5 ştat əvəzçiliklə elmi işçisi vəzifəsinə təyin edilmişdir.
01.03.2011-ci ildə müsabiqədən keçərək “Əməyin iqtisadiyyatı və təşkili” kafedrasının dosenti vəzifəsinə təyin edilmişdir.
Hazırda UNEC-in “İqtisadi və texnoloji elmlər” kafedrasının dosentidir.

1 dərs vəsaitinin, 62 məqalə və tezisin, 2 monoqrafiyanın müəllifıdir.