Ədalət  Kərimov  Kərim

Ədalət Kərimov Kərim

“Rəqəmsal texnologiyalar və tətbiqi informatika” kafedrasının professoru

Avesis linki
Bakı, M.Muxtarov, 194 (III Tədris binası)
+(994) 12 492-59-03 (daxili: 13-25)
Kərimov Ədalət Kərim oğlu 3 iyul 1954-ci ildə Bərdə rayonunun Hasili kəndində  anadan olub.
1976-ci ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası)  Tətbiqi riyaziyyat fakültəsini bitirib.1985-ci ildə dissertasiyasını müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi elmi adına layiq görülüb.
1995-1999-cu illərdə SSRİ Elmlər Akademiyasının Kompüter Mərkəzində doktorant kimi çalışıb.
1996-1998-ci illərdə Lomonosov adına Moskva Dövlət Universitetinin “Diskret riyaziyyat” kafedrasının professoru olub.
1999-cu ildə fizika-riyaziyyat elmləri doktorluq dissertasiyasını müdafiə edib.
2006-2009-cu illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin “İqtisadiyyat və informasiya sistemləri və texnologiyaları” kafedra müdiri  vəzifəsində çalışıb.
2010-2017-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin “İnformasiya iqtisadiyyatı və texnologiyaları” kafedrasının  professoru olub.
Hazırda UNEC-in “Rəqəmsal texnologiyalar və tətbiqi informatika” kafedrasının professorudur.
47 elmi-metodiki işin müəllifidir.
Ailəlidir, üç övladı var.