Aydan Məlikzadə Tahir

Aydan Məlikzadə Tahir

“Xarici dillərin tədrisi mərkəzi”nin baş müəllimi

Avesis linki
Bakı şəhəri, İstiqlaliyyət 6 ( I Tədris korpusu)
+(994) 12 564 26 74
aydanmalikzadeh@gmail.com
aydanmalikzadeh90@yahoo.com
25 iyun 1990-cı ildə Bakı şəhərində anadan olmuşdur.
Bakalavr: İngilis dili, Azərbaycan Dillər Universiteti (2006–2010)
Magistratura: Dilşünaslıq , Azərbaycan Dillər Universiteti (2010–2013)
Fəlsəfə doktoru: German dilləri, Azərbaycan Dillər Universiteti (2014–2020)
 
2010-2013-cü illər BP Sənqəçal Terminalı Təhlükəsizlik Departamentində, 2013- 2015- ci illər ərzində BP şirkətinin İngilis dilinin tədrisi üzrə tenderi qazanmış ELS və LSD kimi şirkətlərdə İngilis dilini tədris etmişdir.
2014-cü ildən Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən yaradılmış SABAH layihəsinə seçilmiş, ADU-nun Pedaqoji və Tərcümə fakültəsində, BDU-nun fizika fakültəsində İngilis dili üzrə müxtəlif nəzəri və praktik fənnləri tədris etmişdir.
2016-ci ildə Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası tərəfindən “İlin ən yaxşı gənc müəllimi” seçilmişdir.
Çoxsaylı yerli və beynəlxalq təlimlərdə həm təlimçi, həm də tərcüməçi kimi çıxış etmişdir.
2021-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin Xarici Dillər Kafedrasının baş müəllimi kimi Beynəlxalq İqtisadiyyat və SABAH fakültələrində İngilis dilini tədris edir.
Hazırda 
“Xarici dillərin tədrisi mərkəzi”nin baş müəllimidir.
Məqalələrindən 7-si AAK tərəfindən tövsiyə edilən yerli jurnallarda, 2-si isə İngiltərədə və Ukraynada nəşr olunmuşdur. 
Müxtəlif illərdə 3 beynəlxalq konfransda məruzəçi qismində iştirak etmişdir.


ELMİ ƏSƏRLƏRİN SİYAHISI
Elmi əsərlər (hiperlinkli əlavələr)
IELTS – Ümumi bal: 8.5 / 9
TKT Modul 2 və 3 – Hər iki modul üzrə Band 3
Aptis for Teachers – British Council ( CEFR C səviyyəsi)
OPEN kursu – ABŞ Səfirliyi tərəfindən əsas namizəd və müvəfəqiyyət sertifikatı
Təhsildə Qiymətləndirmə və Dəyərləndirmə Alətləri – Paris-Sorbon Universiteti, Əbu-Dabi
Yumşaq Bacarıqlar Proqramı (Zamanın idarə olunması, Komanda işi, Ünsiyyət, Problemlərin həlli) – UNEC Davamlı Təhsil Mərkəzi
IELTS Tədrisi üzrə Sertifikat – Cambridge English Teacher
“İlin Gənc Müəllimi” mükafatı – Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası
TEMPUS FLEPP layihəsi çərçivəsində təlimçi sertifikatı – Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Dillər Universiteti
Şifahi Dil Bacarığı Müsahibəsi (OPI) üzrə təlim – Xarici Dillərin Tədrisi üzrə Amerika Şurası
İngilis dili üzrə C2 səviyyəsi kursu – DEUTSCH Akademie, Vyana
Müəllimlər üçün Qrammatika və Dil Bilikləri – Cambridge English Teacher
Sinif İdarəetməsi üzrə Düşüncə Metodları – Cambridge English Teacher
Ailəlidir və 2 övladı var.