Aslan  Əzimzadə

Aslan Əzimzadə

Müəllim

Avesis linki

Bakı, Həsən Əliyev küçəsi, 135
II korpus, 3-cü mərtəbə, otaq 317
+994 012-564-37-06

2015-2019-cu illərdə Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Dünya iqtisadiyyatı” ixtisası üzrə bakalavr təhsili alıb. 2019-2021-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Dünya iqtisadiyyatı” ixtisası, “Beynəlxalq maliyyə və valyuta kredit münasibətləri” ixtisaslaşması üzrə magistr təhsili alaraq magistratura pilləsini fərqlənmə ilə bitirmişdir.

Magistr dissertasiya mövzusu “Çin Xalq Respublikasının maliyyə sisteminin dayanıqlı inkişafını şərtləndirən əsas istiqamətlər” olmuşdur.
2021-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “Dünya iqtisadiyyatı” ixtisası üzrə doktorantura pilləsinə qəbul olmuşdur.

2014-2017-ci illərdə Heydər Əliyev adına Azərbaycan-Qazaxıstan Respublika Dostluq Cəmiyyətinin idarə heyətinin üzvü olmuşdur.
2016-2017-ci illərdə UNEC “İqtisadiyyat” fakültəsi Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri olmuş və UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsi tərəfindən komitənin ictimai fəaliyyətində göstərdiyi xidmətlərinə görə İlin sədri mükafatına layiq görülmüşdür.

Çin İqtisadçılar Cəmiyyətinin üzvüdür. UNEC “Bir kəmər – Bir yol” tədqiqat mərkəzinin tədqiqatçısıdır.
2021-ci ildən UNEC “Beynəlxalq iqtisadiyyat” kafedrasının müəllimidir.
2022-ci ilin martından 2024-cü ilə kimi “İqtisadçı Tələbələrin Elmi Fəaliyyətinə Yardım” İctimai Birliyinin sədri olub.

ELMİ SERTİFİKATLARI

ELMİ ƏSƏRLƏRİNİN SİYAHISI

5 elmi məqalənin 1 tezisin müəllifidir. Türkiyənin məşhur akademik kaynak elmi tədqiqat saytının yazarıdır. Həmçinin Kütləvi İnformasiya Vasitələrində (KİV) onlarla çıxışın müəllifidir.

2017-2018-ci illərdə UNEC Tələbə Elmi Cəmiyyətinin sədri olmuş və UNEC rektoru professor Ədalət Muradov tərəfindən UNEC Tələbə Elmi Cəmiyyətinin sədri olaraq uğurlu fəaliyyətinə görə Fəxri Fərmanla təltif olunmuşdur.

Tədqiqat sahəsi: Çin iqtisadiyyatı, Makroiqtisadiyyat, Beynəlxalq Maliyyə, İnkişaf iqtisadiyyatı, Müasir şəraitdə iqtisadi idarəetmənin mütərəqqi mexanizmləri.