Asiman   Quliyev  Aydın

Asiman Quliyev Aydın

"İqtisadi və texnoloji elmlər" kafedrasının dosenti

Avesis linki
Bakı, A.Səhhət, 45 (IV Tədris binası)
+(994) 12 541-56-93; 440-79-85
 as.guliyev@unec.edu.az
Quliyev Asiman Aydın oğlu 1956-cı ildə Şəkidə anadan olmuşdur. 1963-1973-cü illərdə Bakı şəhərində orta məktəbdə təhsil almışdır.
1973-1978-ci illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda (indiki Azərbaycan Dövlət İqtisad Universitetində) təhsil almışdır.
1983-1985-ci illərdə həmin institutun aspirantı olmuşdur.
1988-ci ildə Voznesenski ad. Sankt-Peterburq Maliyyə-İqtisad Universitetində müdafiə edərək iqtisad elmləri namizədi dərəcəsinin almışdır.
1986-1992-ci illərdə İqtisad Universitetində müəllim, 1986-1989-cu illərdə Tələbə Həmkarlar komitəsinin sədri olmuşdur.
1992-1993-cü illərdə Lerik rayonu İcra Hakimiyyətinin başçısı işləmişdir.
1994-1997-ci illərdə Bakı Biznes Universitetində dosent olmuş, dekan işləmişdir.
1997-ci ildən İqtisad Universitetinin “İqtisadi nəzəriyyə” kafedrasının dosentidir.
2000-ci ildən İqtisad Universitetinin  “İqtisad elmləri: nəzəriyyə və praktika” jurnalının mətbuat katibidir.
2006-2014-cü illərdə Türk dünyası işlətmə fakültəsinin dekan müavini olmuşdur.
2014-2021-ci ilə kimi Ümumi iqtisadiyyat fakültəsinin dekanı olub.
Hazırda "İqtisadi və texnoloji elmlər" kafedrasının dosentidir.
Beynəlxalq konfranslarda mütəmadi olaraq iştirak edir.
60-dan artıq elmi əsəri, monoqrafiyası, dərsliyi və tərcümələri Azərbaycanda, Rusiyada, Çexiyada nəşr olunmuşdur.

ELMİ ƏSƏRLƏRİNİN SİYAHISI
Azərbaycan Respublikası Prezidentinin 24 sentyabr 2020-ci il Sərəncamına əsasən Azərbaycan Dövlət İqtisad Universitetinin 90 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə “Əməkdar müəllim”  fəxri adına layiq görülmüşdür.