Arzu Məmmədova  İmamverdi

Arzu Məmmədova İmamverdi

“Rəqəmsal texnologiyalar və tətbiqi informatika” kafedrasının dosenti

Avesis linki
Bakı, M.Muxtarov, 194 (III Tədris binası)
+(994) 12 492-59-03 (daxili: 13-25)
Məmmədova Arzu İmamverdi qızı 6 noyabr 1970-ci ildə Bakı şəhərində anadan olmuşdur.
1991-ci ildə Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakultəsini fəqlənmə diplomu ilə bitirmişdir.
1992-ci ildən Bakı Dövlət-Əmtəəşünaslıq İnstitutununda “Texniki elmlər” kafedrasında baş laborant vəzifəsində çalışmış,1994-cü ildən həmin institutda müəllimlik fəaliyyətinə başlamışdır.
1996-2001-ci illərdə Bakı Dövlət Əmtəəşünaslıq-Kommersiya İnstitutunda  assistent və “İnformatika” kafedrasında baş müəllim vəzifələrində çalışmışdır.
2001-2006-cı illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin “İnformatika” kafedrasında baş müəllim vəzifəsində işləmişdir.
2006-cı ildə AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda namizədlik dissertasiyasını müdafiə edərək, fizika-riyaziyyat elmləri namizədi adını almışdır.
Hazırda UNEC-in “Rəqəmsal texnologiyalar və tətbiqi informatika” kafedrasının dosentidir.
25 elmi məqalənin ve 5 dərs vəsaitinin müəllifidir.
Ailələidir, iki  övladı var.