Vəfa  Feyzullayeva

Vəfa Feyzullayeva

Avesis链接

 +994 12 492-59-03 (daxili: 1162)

Vəfa Feyzullayeva Rəşid qızı ­­­­­­­­­­­­­­Bakı şəhərində 07.08.1975-ci ildə anadan olub.
1993-cü ildə Bakı Mədəni Maarif Texnikumunda Kitabxanaçılıq fakültəsini bitirib.
02.05.1994-cü ildən Azərbaycan Dövlət İqtisad İnstitutunun kitabxanasında kitabxanaçı vəzifəsində əmək fəaliyyətinə başlayıb.
01.02.2002-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin Əsaslı Kitabxanasında böyük kitabxanaçı vəzifələrində çalışıb.  
07.01.2019-cu ildən isə UNEC KİM-in 24/7 Kitabxanasında böyük kitabxanaçı vəzifəsində işləyir.

Vəfa Feyzullayeva Rəşid qızı 2018-ci ildə UNEC-in 24/7 Kitabxanası layihəsinin işçi qrupunun üzvü olub. UNEC-in 24/7 Kitabxanasından savayı, İqtisad Universitetinin bütün tədris binalarındakı kitabxanalarının yenidən təşkil edilməsi işlərində yaxından iştirak edib.
İşçi qrupunun hər bir üvzü kimi ALİSA proqramında işləyir, kitabların yeni qaydalarla həm elmi, həm də texniki hazırlanmasını yüksək peşəkarlıqla bacarır. 
Universitet və digər təşkilatlar tərəfindən verilmiş mükafatlar  
“Möhtəşəm Yaxşı Məkan - Kitabxana” mövzusunda təlimdə fəal istirakına görə Sertifikat, 20 may 2017           
“Yaradıcı liderlik” və “Kitab sevməyənlər üçün ...” təlim-Sertifikat, 27 iyun 2021
“UNEC KİM 24/7 Kitabxanasının fəaliyyətində göstərdiyi peşəkar xidmətlərə görə Təşəkkürmanə”, 3 noyabr 2021
“Akademik kitabxanaların yeni fəaliyyət istiqamətləri” Beynəlxalq elmi konfransda iştirakına görə Sertifikat, 1 noyabr 2023