1980-ci ilin fevralın 2-də Qobustan rayonu Nərimankənd kəndində qulluqçu ailəsində anadan olmuşdur.
1997-2001-ci illərdə Azərbaycan Dövlət İqtisad İnstitutunun «İnformatika və idarəetmə» fakültəsinin «Menecment (sahələr üzrə)» ixtisası üzrə bakalavr, 2001-2003-cü illərdə isə «Magistratura» fakültəsinin «İstehsal sistemlərin idarə edilməsi (sahələr üzrə menecment)» ixtisası üzrə magistratura pilləsini fərqlənmə diplomu ilə bitirmişdir.
Azərbaycan Dövlət İqtisad Universitetinin 07.II.2006-cı il tarixli, 12/3 saylı əmrinə əsasən «Menecment» kafedrasına böyük laborant işləmişdir.
16.IV.2013-cü il tarixli, 40/3 saylı əmrinə əsasən müəllim və 14.IV.2022-ci il tarixli, 258/3/2022 saylı əmrinə əsasən baş müəllim vəzifəsinə təyin olunmuşdur. Hal-hazırda "Biznes və logistika" kafedrasının baş müəllimidir.
100-dən artıq dərs vəsaiti, tədris proqramı, elmi-praktiki məqalə və tezisin müəllifidir.
ELMİ ƏSƏRLƏR