Mehriban   Əsgərova  Aydın

Mehriban Əsgərova Aydın

İctimai idarəetmə və sosial innovasiyalar” kafedrasının dosenti

Avesis链接
Bakı, Həsən Əliyev, 135 ( II Tədris binası)
492-59-03 (12 18)
Əsgərova Mehriban Aydın qızı 3yanvar 1968-ci ildə Bakı şəhərində anadan olmuşdur.
1985-ci ildə 18 saylı orta məktəbi bitirərək həmin ildə də Bakı Dövlət Universitetinin iqtisadi coğrafiya fakültəsinə daxil olmuş, 1990-cı ildə universiteti bitirmişdir.
1990-1992-ci illərdə Yasamal r-nun 38 nömrəli orta məktəbində müəllim işləmiş, 1993-cü ildən Azərbaycan Dövlət İqtisad Universitetinin “ASK” kafedrasında laborant, 1994-cü ildən “İqtisadi coğrafiya və təbii resurslar” kafedrasında b/laborant kimi çalışmışdır.
1995-ci ildən kafedranın dissertantı təsdiq edilmiş və həmin ildən də saathesabı dərs deməyə başlamışdır.
1999-cu ildən 0,5 ştatda müəllim vəzifəsini icra etmiş, 2000-ci ildə isə iqtisadi-sosial coğrafiya ixtisası üzrə namizədlik dissertasiyasını (“Gəncə-Daşkəsən sənaye qovşağının ərazi üzrə təkmilləşdirilməsi”) müdafiə etmiş və 2000-ci ildən tam ştatlı müəllim vəzifəsinə keçirilmişdir.

2007-ci ildən baş müəllim, 2018-ci ildən dosent vəzifəsinə keçirilmişdir.
Hazırda “İctimai idarəetmə və sosial innovasiyalar” kafedrasında çalışır.
14 məqaləsi, 2 metodiki vəsaiti,1 dərs vəsaiti  (8-ci bölüm) və 2 proqramı çap olunub.
Soft Skills Sertifikatı, 1 neçə Elmi Konfransların sertifikatı (INTERNATIONAL SOCIAL SCIENCES AND INNOVATIONCONGRESS 12-13 NOVEMBER 2022 ANKARA CONGRESS PROGRAM və s..)
UNEC-in 90 illik yubileyi münasibətilə yüksəkixtisaslı mütəxəsislərin hazırlanmasındakı xidmətlərinə görə FƏXRİ FƏRMAN təltifi.