Leyli  Əfəndi  Cahangir

Leyli Əfəndi Cahangir

“Xarici dillərin tədrisi mərkəzi”nin baş müəllimi

Avesis链接
Bakı şəhəri, İstiqlaliyyət 6 ( I Tədris korpusu)
+(994) 12 564 26 74
23 fevral 1962-ci ildə Bakı şəhərində anadan olub.
Azərbaycan Dövlət Universitetinə (indiki Balı Dövlət Universiteti) qəbul olmuş və 1984-cü ildə qeyd olunan təhsil müəssisəsini “Rus dili və ədəbiyyat” ixtisası üzrə “Filoloq. Rus dili və ədəbiyyat müəllimi” kvalifikasiyasını almaqla bitirib.
1984-cü ilin sentyabrında Bakı Ali Partiya Məktəbinə Rus dili kafedrasının laborantı kimi işə qəbul olunub.
1990-cı ildə həmin kafedranın baş müəllimi vəzifəsinə keçirilib və həmin vəzifədə 1996-cı ilədək çalışıb.
1996-1999-cu illərdə Bakı Ali Hərbi Məktəbinin “Rus dili” kafedrasında baş müəllim vəzifəsində işləyib.
2000-ci ilin sentyabrında Azərbaycan Dövlət İqtisad Universitetinin “Rus dili” kafedrasına müəllim kimi işə qəbul olunub.
UNEC-in “Rus dili” kafedrasının baş müəllimi vəzifəsində çalışıb.
Hazırda UNEC-in “Xarici dillərin tədrisi mərkəzi”nin baş müəllimidir.
Müxtəlif jurnallarda dərc edilmiş 33 elmi-tədqiqat  məqalənin müəllifidir.

ELMİ ƏSƏRLƏRİNİN SİYAHISI