İlqar  Xəlilov  Bəylər

İlqar Xəlilov Bəylər

“İctimai idarəetmə və sosial innovasiyalar” kafedrasının dosenti

Avesis链接
Bakı, Həsən Əliyev, 135 (II Tədris binası)
492-59-03 (12 18)
Xəlilov İlqar Bəylər oğlu 1958-ci ildə Füzuli rayonunun Cuvarlı kəndində anadan olmuşdur.
1980-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun coğrafiya fakültəsini coğrafiya müəllimi ixtisası üzrə bitirmişdir.
1980-1982-ci illərdə Füzuli rayonunun Çəmən kənd məktəbində coğrafiya müəllimi kimi əmək fəaliyyətinə başlamışdır.
1982-ci ildə Azərbaycan MEA Coğrafiya İnstitutunun əyani aspiranturasına daxil olmuşdur.
1983-1985-ci illərdə ordu sıralarında xidmət etmişdir.
1987-ci ildə aspiranturanı bitirmişdir.
2012-ci ildən "Ətraf mühitin mühafizəsi və iqtisadiyyatı" kafedrasında dosent, 2022-ci ildən etibarən isə “İctimai idarətmə və sosial innovasiyalar” kafedranın dosenti vəzifəsində işləyir.
27 illik pedaqoji staja, 45 illik isə elmi-pedaqoji staja malikdir.

Elmi maraq dairəsi ətraf mühitin mühafizısi və iqtisadiyyatı, təbii sərvətlərdən səmərəli və təkrar istifadə, ekoloji problemlər və onların həlli yolları, Azərbaycan Respublikasının müasir ekoloji və iqtisadi durumu, onların optimallaşdırılması, davamlı ekoloji inkişafın təmini məsələlərini və coğrafiyanı əhatə edir.
Hazırda "İctimai idarəetmə və sosial innovasiyalar" kafedrasının dosenti.
6 dərslik və dərs vəsaiti, 2 metodik göstəriş və metodik vəsait, 10 tədris proqramı və 80-ə qədər yerli və xarici (Scopus, Web of Science) elmi jurnallarda çap edilmiş məqalələrin müəllifi  və həmmüəllifidir.
“Azərbaycanın ekoloji vəziyyəti və problemləri”, "Ekologiya və ətraf mühitin mühafizəsi", “Ekoloji tədqiqat metodları”, "Təbiətdən istifadənin və ətraf mühitin mühafizəsinin iqtisadiyyatı", "Azərbaycanın iqtisadi və sosial coğrafiyası", "Ekologiya", "İqtisadi coğrafiya" kimi dərslik və dərs vəsaitlərinin
  həmmüəllifidir. 
Ailəlidir, iki övladı var.