1983-ildən D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət İqtisad Univеrsitеti) “Rus dili” kafedrasında fəaliyyətə başlamış müəllim, bаş müəllim vəzifələrində çalışmışdır. 2008-ci ildən “Rus dili” kafedrasının müdiri vəzifəsində çalışıb.
2008-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək Filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini, 2013-cü ildə isə dosent elmi adını almışdır.
03.02.2020-ci il tarixdən UNEC-in Ümumi fənlərin tədrisinin təşkili departamentinin direktoru vəzifəsinə keçirilib.
UNEC-in “Karyera planlaşdırılması və inkişafı” kafedrasının (0.5 ştat) dosentidir.