Adilə  Abdullayeva

Adilə Abdullayeva

Avesis链接

+994 12 492-59-03 (daxili: 1162)
adila.abdullayeva@unec.edu.az

Adilə Tariyel qızı Abdullayeva 1983-cü il avqust ayının 12-də Bakı şəhərində anadan olub.
2000-ci ildə Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-informasiya fakültəsinə daxil olub, 2004-cü ildə bakalavr, 2006-cı ildə magistratura səviyyəsini fərqlənmə diplomu ilə bitirib.
2017-ci ildə isə AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunda müdafiə edərək tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.
Əmək fəaliyyətinə 2006-cı ildə Azərbaycan Milli Kitabxanasında başlayıb və uzun illər şöbə müdiri vəzifəsində çalışıb.
Eyni zamanda 2014-cü ildən etibarən Bakı Dövlət Universitetinin İnformasiya və sənəd menecmenti fakültəsində metaverilənlər, kitabxana təsnifatı, kitabxana-informasiya sistemləri fənləri üzrə dərs deyir.


2019-cu ilin may ayından etibarən Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Kitabxana İnformasiya Mərkəzinin direktoru vəzifəsini icra edir. Hazırda Azərbaycanın Kitabxanalar üçün Elektron İnformasiya Beynəlxalq Konsorsiumu EIFL-da (https://eifl.net/country/azerbaijan) müəlliflik hüquqları üzrə kordinatorudur.

 

Elmi əsərlərinin SİYAHISI
Kitabxana işinin aktual problemlərinə həsr edilmiş bir sıra kitab və məqalələrin müəllifidir.
Kitabxana işinin inkişafı istiqamətində səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikasının Mədəniyyət, Elm və Təhsil nazirliyi tərəfindən fəxri fərmanlarla təltif edilib.
O, peşəkar fəaliyyəti zamanı ANKOSLink, IFLA-Beynəlxalq Kitabxana Assosiasiyaları və İnstitutları Federasiyası, Avrasiyanın Kitabxana Asssambleyasının iclaslarında (БАЕ) iştirak edib, Malayziya və Londonda keçirilən kitabxana menecmenti, beynəlxalq kitabxana liderləri kimi beynəlxalq treyninq və kurslarda təlim keçib və bir sıra digər tədbirlərdə aktual mövzularda çıxışlar edib.