Rəqəmsal texnologiyalar və tətbiqi informatika

19.10.2020-ci il tarixində Rəqəmsal iqtisadiyyat fakültəsinin nəzdində “Rəqəmsal texnologiyalar və tətbiqi informatika” kafedrası yaradılmışdır.

Əvvəllər “Rəqəmsal iqtisadiyyat və İKT” kafedrası kimi fəaliyyət göstərib. Universitetdə tədrisin səmərəli idarə edilməsi və təşkili məqsədilə İqtisad Universitetinin Elmi Şurasının 6 iyul 2018-ci il tarixli iclasının qərarına əsasən “İnformatika”, “İnformatika iqtisadiyyatı və texnologiyaları” kafedraları  ləğv edilmiş və həmin kafedraların bazasında həmin tarixdən “Rəqəmsal iqtisadiyyat və İKT” (hazırda “Rəqəmsal texnologiyalar və tətbiqi informatika”) kafedrası yaradılmışdır.

Yeni informasiya texnologiyalarının, müasir kom­pyu­ter texnikasının və bununla bağlı əlverişli proqram tə­mi­na­tı­nın yaranması kafedranın istiqamətində ciddi dəyişikliklərə səbəb olmuşdur. Kafedrasında İnformatikanın nəzəri və praktiki prob­lemlərinin həlli, o cümlədən iqtisadi informasiya sistemlərinin yaradıl­ması və istifadəsi, mütərəqqi kompyuter texnologiyalarının tətbiqi istiqa­mətində elmi məktəb formalaşmışdır.

Kafedrada tədris edilən fənn proqramlarının hər bir mövzusu üzrə mühazirə mətnlərinin və təqdimatların, öyrətmə suallarının və testlərin hazırlanmasında kafedra əməkdaşlarının birgə iştirakı həyata keçirilir. Universitet rəhbərliyinin göstərişi ilə kafedra əməkdaşları dərslik, dərs vəsaiti və tədris metodiki ədəbiyyatlara, eləcə də digər iddiaçıların dissertasiya işlərinin müzakirəsini təşkil edib rəyin verilməsi kimi təşəbbüsləri yerinə yetirməyə cəlb olunur.

*
Kafedrada respublikanın və xarici ölkələrin ali məktəblərinin ayrı-ayrı kafedralarının, professor-müəllim heyətinin qabacıl iş təcrübəsi öyrənilir və təbliğ olunur. Qabaqcıl təcrübənin öyrənilməsi məqsədilə müxtəlif müəssisə və təşkilatlarla əlaqələrin təşkil edilməsi, ixtisas qruplarının istehsalat və digər təcrübələrə göndəriləcək təşkilatlarla əlaqənin yaradılması və möhkəmləndirilməsi nəzərdə tutulur. 

Professor-müəllim heyəti:

Rəna Hüseynova

Tədqiqat mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsinin müdiri

Ramal Cabbarov Rasim oğlu

系部开设的课程

İnformasiya texnologiyalarına giriş
Rəqəmsal sistemlər
İntellektual texnologiyalar
İnformasiya sistemləri
İnformasiya kommunikasiya texnologiyaları
İnformasiya iqtisadiyyatı
Elektron kommersiya
Kommunikasiya vasitələri
Korporativ informasiya sistemləri
Müasir iqtisadi modellər
İnformasiya texnologiyalarının hüquqi aspektləri
İnformasiya sistemlərinin menecmenti
Elektron idarəetmə texnologiyaları
İnformasiya sistemlərinin inteqrasiyası
Coğrafi informasiya sistemləri

系部新闻

05 五月 2025
Rəqəmsal iqtisadiyyat fakültəsində elmi tədqiqat fəaliyyətinə həsr olunmuş tədbir keçirilib
12 三月 2025
UNEC-in əməkdaşları “Elm gösəldir: məktəbdən elmə” layihəsi çərçivəsində N.Gəncəvi adına Texniki və Təbiət elmləri liseyinə səfər edib
08 七月 2024
“COP29: Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizədə hədəfləri” mövzusunda dəyirmi masa keçirilib

联系方式

Ünvan: Bakı, Murtuza Muxtarov küçəsi, 194 (III korpus)

电话

+(994) 12 492-59-03 (daxili: 13-25)

电子邮件

alilitarana@gmail.com

其他系部