İnsan resursları şöbəsinin müdiri
Şöbə insan resurslarının idarə edilməsində 3«R» (right time, right position, right person) prinsipi, yəni, əməkdaşın zamanında uyğun vəzifəyə münasibliyi əsas götürülür
Ali məktəbin mövcud olduğu bütün dövrlərdə Kadrlar şöbəsi kimi fəaliyyət göstərmiş, 06.06.2014-cü il tarixdən isə İnsan resursları şöbəsi adlandırılmışdır. Şöbənin fəaliyyətindəki əsas xüsusiyyətlər: Azərbayjan Dövlət İqtisad Universitetinin strateji məqsədlərinə və dəyərlərinə uyğun gələn, habelə universitetdə çalışan hər bir kəsdən tələb olunan münasibətlər aşağıdakılardır:
Dürüstlük, Keyfiyyət, Bilik, İnsanpərvərlik, Davamlı inkişaf.
Şöbənin fəaliyyətinin əsas məqsədi universitetdə insan resursları siyasətinə müvafiq olaraq universiteti vəzifəyə uyğun, layiqli və peşəkar kadrlarla təmin etmək, əməkdaşların peşə hazırlığı səviyyəsinin, nəzəri biliklərinin və bacarıqlarının inkişafı məqsədilə onların təhsilini təşkil etmək, universitetdə daim komanda ruhunun saxlanılmasına, maddi, mənəvi və sosial tələbatların ödənilməsi yolu ilə əməkdaşların motivasiyasının yaxşılaşdırılmasına, onların məhsuldarlığının artırılmasına və universitetə bağlılığına nail olmaqdır.