1991-ci ildə Azərbaycan Dövlət Neft və Kimya Universitetini kimya texnologiyaları mühəndisi ixtisası üzrə bitirmişdir.
1991-ci ildən müxtəlif orta məktəblərdə kimya müəllimi və tədris kurslarında rəhbər və təlimçi olaraq fəaliyyət göstərmişdir.
2008-ci ildən UNEC-in Türk Dünyası İşletme Fakültəsində tələbə işləri üzrə mütəxəssis, 2011-ci ildən isə “Ətraf mühitin mühafizəsi və iqtisadiyyatı” kafedrasında müəllim işləmişdir.
2015-ci ildən UNEC İnklüziv Təhsil Mərkəzinin koordinatorudur.
2007-ci ildən “Ətraf mühitin mühafizəsi” üzrə müxtəlif televiziya proqramlarında ekspert qismində iştirak etmişdir. “Ətraf mühitin mühafizəsi” üzrə bir cox layihələrin müəllifidir.
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) koordinatoru olduğu “Beynəlxalq əlaqələr sahəsində universitet idarəçiliyinin inkişaf etdirilməsi və təkmilləşdirilməsi” adlı TEMPUS layihəsinin müəllif komandasının üzvü, UNEC-in tərəfdaş olduğu “Əlilliyi olan şəxslərin Azərbaycanın ali təhsil müəssisələrinə inteqrasiyası üçün bazasının yaradılması” adlı ERASMUS layihəsinin işçi komandasının üzvü və həmçinin UNEC və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin birgə 5 may 2018-ci ildə təşkil etdiyi “Əlilliyi olan gənclər üçün ümümrespublika Əmək Yarmarkası”nın təşkilat komitəsinin üzvü olmuşdur.
Əlilliyi olan gənclər üçün “İstedadlı Əllər” təlim kurslarının təşkilatçısı və təlimçisidir.
AMEA-nın Kataliz və qeyri-üzvi kimya İnstitutunun dissertantıdır.
2021-ci ildə UNEC-in 90 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikasının Təhsil naziri Emin Əmrullayevin əmrinə əsasən, “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunub.