
Mirələm Həsənli
+(994) 12 492-59-13
+(994) 12 492-40-04; 18-46 (1100)
avaz.alakbarov@unec.edu.az
Həsənli Mirələm Xası oğlu 1947-ci ilin iyul ayının 12-də Cəlilabad rayonunun Alıqasımlı kəndində anadan olub.
1965-ci ildə 1 saylı Cəlilabad şəhər orta məktəbi əla qiymətlərlə bitirib.
1970-ci ildə M.Əzizibəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun Neft mexanikası fakültəsini-mühəndis mexanik ixtisası üzrə;
1985-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Maliyyə-kredit fakultəsini-iqtisadçı ixtisası üzrə;
1999-cu ildə Bakı Dövlət Universitetinin Hüquq fakultəsini-hüquqşünas ixtisası üzrə bitiribr.
1990-cı ildə N.A.Voznesenski adına Sankt-Peterburq Dövlət Maliyyə İqtisad Universitetinin Bakı filialının aspiranturasını bitirdikdən sonra MDB ölkələrində ilk dəfə «Keçid iqtisadiyyatlı ölkələrdə vergi sisteminin formalaşması» mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.
1997-ci ildə Rusiya Federasiyasının Sankt-Peterburq Dövlət Maliyyə-İqtisad Universitetinin doktoranturasını bitirdikdən sonra, iqtisad elmləri doktoru alimlik dərəcəsi almaq üçün doktorluq dissertasiya müdafiə edib.
1999-cu ildə AR Prezidenti yanında Dövlət Ali Attestasiya Komissiyası tərəfindən təkrar attestasiyadan keçirilərək ölkəmizin doktorluq diplomu verilib.
1993-cü ildən elmi-pedaqoji fəaliyyətlə məşğuldur. 2000-ci ildən İqtisad Universitetinin “Maliyyə” kafedrasının ilk elmlər doktoru, professorudur.
1970-1978-ci illərdə SSRİ Xüsusi Tikinti quraşdırma idarələrində iş icraçısı, sahə rəisi, baş mühəndis;
1978-1982-ci illərdə SSRİ Tikinti Bankının Bakı Şəhər şöbəsində şöbə rəisi, bankın müdir müavini;
1982-1984-cü illərdə Bakı Şəhər Xətai rayonu Xalq Deputatları Sovetinin İcra Komitəsində rayon İcra Komitəsi sədrinin müavini-Rayon Plan Komisiyasının sərdi;
1985-1992-ci illərdə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Xətai rayon maliyyə şöbəsinin müdiri və Vergi Müfəttişliyinin rəisi;
1992-ci ildə Azərbaycan Respublikası Prezidenti Aparatında strateji iqtisadi proqramlar sektorunun müdiri;
1993-cü ildə Respublika Maliyyə Nazirliyində Baş Büdcə İdarəsinin rəisi;
1994-1999-cu illərdə Bakı şəhəri Xətai rayonu üzrə Dövlət Vergi müfəttişliyinin rəisi;
2005-ci ildən İqtisad Universitetinin “Maliyyə” kafedrasının müdir müavini;
2013-cü ildən 2015-ci ilin sonuna kimi “Maliyyə” kafedrasının müdiri vəzifələrində işləyib.
ELMİ ƏSƏRLƏRİNİN SİYAHISI
1990-1995-ci illərdə isə Bakı Şəhər Sovetinin deputatı seçilib.