Elşən  Məmmədov

Elşən Məmmədov

Məmmədov Elşən Vaqif oğlu 3 iyul 1992-ci ildə Gürcüstanın Bolinisi rayonunda doğulub.
Bakı şəhər 115 saylı orta məktəbi bitirib. 2010-cu ildə 459 balla UNEC-in Kommersiya fakültəsinə daxil olub.
2014-cü ildə ali təhsilini başa vurub hərbi xidmətə yollanıb. 25 sentyabr 2015-ci ildə cəbhənin Tərtər rayonu ərazisində döyüş növbətçiliyinə çıxan E.Məmmədov posta çıxdıqdan bir neçə dəqiqə sonra düşmən gülləsinə tuş gəlib. Şəhid olarkən hərbi xidmətini başa vurmasına 5 gün qalmışdı.

Gürcüstanın Bolnisi rayonunun Zol Göyəc kəndində dəfn olunub.
Ölümündən sonra 3-cü dərəcəli “Hərbi xidmətdə fərqlənməyə görə” medalı ilə təltif eilib.