Mərkəz 20 sentyabr 2022-ci il tarixində UNEC ailəsinin mental və psixoloji sağlamlığının prioritetləşdirilməsi məqsədilə yaradılmışdır.
Məsləhət xidmətləri: Biz emosional və psixoloji problemlərin geniş spektrini həll etmək üçün tam məxfi olan məsləhət xidmətlərini təklif edirik. Lisenziyalı məsləhətçilərimiz müraciətçiləri dinləmək, dəstək olmaq və çətin anlardan keçməkdə kömək etmək məqsədilə
fəaliyyət göstərirlər.
Mental Sağlamlıqla bağlı Maarifləndirilmə tədbirləri: Biz mental sağlamlıq problemləri haqqında məlumatlılığı artırmaq və stiqmadan azad bir mühit yaratmaq üçün fəal şəkildə işləyirik. Seminarlar və kampaniyalar vasitəsilə biz mental sağlamlıq və onun ümumi rifahdakı əhəmiyyətini daha dərindən dərk etməyə çalışırıq.
Psixoloji davamlılıq
Stressin idarə edilməsi
Məxfilik
Psixoloji Xidmət Mərkəzinin əsas missiyası
UNEC icmasının bütün üzvləri üçün əlçatan və hərtərəfli mental sağlamlıq xidmətlərini təmin etməkdir. Biz emosional rifahı, psixoloji dayanıqlılığı və şəxsi inkişafı təşviq edən kampus mədəniyyəti yaratmağa sadiqik.
Psixoloji Xidmət Mərkəzinin rəhbəri
Psixoloq
Psixoloq
Kiçik mütəxəssis
Problemi həll olunana qədər. Bu, bir həftə, hətta bir il də davam edə bilir. Biz adətən həftədə bir dəfə görüş təyin edib, seans keçiririk. Elə problemlər var ki, qısa zamanda həllini tapa bilir, bəziləri üçün isə uzunmüddətli seanslar lazım olur. Uzunmüddətli seanslar davamlılıq tələb edir və belə tələbələrimiz hazırda var.
İmtahan həyəcanını hər birimiz yaşamışıq və bizə tanış hisslərdir. Tələbələrə birinci tövsiyəmiz odur ki, imtahanlara yaxşı hazırlaşsınlar. Bu zaman həyəcan emosiyaları 90 faiz azalır. Həyəcan əsasən imtahan başlayan zaman, yəni suallarla tanışlıq zamanı yaranır. Bunun da aradan qaldırılması yolları kimi düzgün nəfəsalma, diqqətin başqa şeylərə yönəldilməməsi və s. bu kimi texnikaları tələbələrə öyrədirik.
Əsasən onların yaş xüsusiyyəti, mühit dəyişikliyi, sevgi məsələləri, şəxsi keyfiyyətləri ilə bağlı olan problemlərdir.
Təəssüf ki, belə hallar olur. Həmin şəxslərin intihar həddinə gəlib çatmaması üçün onlarla fərdi seansların keçirilməsi çox önəmlidir. Stres yaşayan, depressiyaya düşən, ailə problemləri ilə qarşılaşan gənclər çox zaman bu problemlərlə təkbaşına mübarizə apara bilmirlər. Problemlərini ətrafındakı insanlara, yaxınlarına danışmaqdan çəkinirlər. O baxımdan psixoloji mərkəzlər həmin şəxslərə professional dəstək göstərə bilirlər.
Fəaliyyətə başladığımz dövrdən bu günə qədər Mərkəzimizə 260-a yaxın müraciət olub və 950-dən çox seans keçirmişik. Bu ildən isə müraciətlərin sayı kifayət qədər artıb. Əlbəttə ki, bu, bizə olan inamın nəticəsidir.
Tələbələr daha çoxdur. Lakin bu ildən əməkdaşların da sayı çoxalıb. Biz üç prinsip əsasında işləyirik: könüllülük, ödənişsizlik və məxfiliyin qorunması.
UNEC-də təhsil alan bakalavr, magistr, doktorantlar, müəllimlər və əməkdaşlar, bir sözlə, UNEC-də təmsil olunan hər kəs xidmətimizdən yararlana bilərlər.
Fərdi şəkildə görüşdən sonra fərdi seanslar təyin edilir və lazım olduqda seanslar qrup şəklində də təşkil olunur. Bir seansın müddəti 50 dəqiqədir.
Mərkəzimiz UNEC-in əsas tədris binasında 327-ci otaqda fəaliyyət göstərir. Hələlik məsləhət saatlarına mənim mobil nömrəmə (050 858 03 37) zəng edərək yazılmaq mümkündür. Qısa zamanda isə unec.edu.az saytı üzərindən qeydiyyat bölməsi yaradılacaq. Qəbul, eləcə də qəbula yazılmaq I-V günlər, saat 09:00-17:30-a dəkdir.