Zakir Məmmədəliyev Qurban

Zakir Məmmədəliyev Qurban

Ссылка Avesis
Bakı, H.Əliyev küçəsi, 135 (II Tədris binası)
+(994) 12 564-40-07
z.mammadaliyev@unec.edu.az
Zakir Qurban oğlu Məmmədəliyev 23 dekabr 1957-ci ildə Qərbi Azərbaycanda Göyçə mahalının (Krasnoselo rayonu) Toxluca kəndində anadan olmuşdur.
1979-cu ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun riyaziyyat fakültəsini bitirmişdir.
1979–1988-ci illərdə Toxluca kənd orta məktəbində riyaziyyat müəllimi işləmişdir.
1981–1986-cı illərdə Azərbaycan SSR Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunun dissertantı olmuş, 1987-ci ildə nisbilik nəzəriyyəsi və kvant nəzəriyyələrinin fəlsəfi problemlərinə həsr olunmuş dissertasiya müdafiə edərək, fəlsəfə elmləri namizədi elmi dərəcəsi almışdır.

1989-cu ildə Azərbaycan Dövət İqtisad Universitetinin “Fəlsəfə” kafedrasında müəllim kimi fəaliyyətə başlamışdır.
2007-ci ildən 2017-cı ilədək həmin kafedranın müdiri vəzifəsində çalışmışdır.
2004-cü ildə fəlsəfə elmləri doktoru alimlik dərəcəsi almaq üçün doktorluq dissertasiyası müdafiə etmişdir.
2010-cu ildə “Fəlsəfə” kafedrasının professoru seçilmişdir. Hal-hazırda həmin Universitetin “Humanitar fənlər” kafedrasının professorudur.

Mədəniyyət fəlsəfəsi və elm fəlsəfəsi problemləri ilə məşğul olur.
200-ə yaxın elmi, tədris-metodiki və publisistik əsərin müəllifidir. Rusiyada (Moskva), Türkiyədə (İstanbul) və Yunanıstanda (Afina) elmi məqalələri çap olunmuşdur. 2013-cü ildə Almaniyada monoqrafiyası nəşr olunmuşdur. Əsərləri, başlıca olaraq, elm fəlsəfəsi və mədəniyyətin fəlsəfəsi problemlərinə həsr olunmuşdur. Məqalələrinə Rusiya, Ukrayna və bolqar alimləri tərəfindən istinadlar edilmiş, 2019-cu ildə Moskvada çap olunmuş məqaləsi beynəlxalq səviyyəli məqalə kimi ən yüksək balla dəyərləndirilmişdir. 

AKADEMİK PROFİLLƏR  
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının “Həmkarlar ittifaqında xidmətlərinə görə” medalı ilə təltif edilmişdir (28.09.2020-ci il)
Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının üzvü seçilmişdir.
Türk26.02.2024 Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının “Altın Yıldız” medalı ilə təltif edilmişdir (26.02.2024-cü il).
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edilmişdir (08.07.2025-ci il).
Bir sıra elmi məclislərin, o cümlədən, XIX, XXI, XXIII Ümumdünya Fəlsəfə Kongreslərinin və IV Rusiya Fəlsəfə Kongresinin iştirakçısı olmuşdur.
2007–2022-ci illərdə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Fəlsəfə, Sosoilogiya, Psixologoya və Siyasi elmlər  üzrə ekspert şurasının üzvü olmuşdur.
Ailəlidir, iki övladı var.