Bakı, Həsən Əliyev küçəsi, 135 II korpus, 3-cü mərtəbə, otaq 317 +994 012-564-37-06
Quliyev Vüsal Mübariz oğlu 28 yanvar 1980-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1997-ci ildə N.Nərimanov adına Bakı şəhər 45 saylı orta ümumtəhsil məktəbini bitirmişdir. Həmin ildə Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyatın tənzimlənməsi fakultəsinə daxil olmuşdur. 2001-2003-cü illərdə «İqtisadiyyatın hüquqi tənzimlənməsi» ixtisası üzrə magistratura pilləsini başa vurmuşdur. 2009-cu ildən İqtisad Universitetinin «İqtisadi hüquq» kafedrasının «İqtisadiyyatın hüquqi tənzimlənməsi» ixtisası üzrə dissertantı olmuşdur. 2013-cü ildə dissertasiya işini müdafiə edərək iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.
2017-ci ilə kimi «İqtisadi hüquq», “İqtisadiyyatin tənzimlənməsi” kafedralarında müəllim, baş müəllim vəzifələrində çalışıb. Hazırda UNEC-in “İqtisadiyyat” kafedrasının baş müəllimidir.
«Yoxsulluğun və sosial qeyri-bərabərliyin azaldılması» məsələlərinə dair ümumilikdə yeddidən artıq elmi məqalənin müəllifidir. ELMİ ƏSƏRLƏRİ