Ümidvar  Əliyev Qənbər

Ümidvar Əliyev Qənbər

“İqtisadi və texnoloji elmlər” kafedrasının professorudur

Ссылка Avesis
Bakı, A.Səhhət, 45 (IV Tədris binası)
+(994) 12 541-56-93; 440-79-85
umudvar.aliyev@unec.edu.az
10 avqust 1953-cü ildə İmişli rayonunun Cəfərli kəndində anadan olub.
1960-1970-ci illərdə İmişli rayon Cəfərli kənd orta məktəbində təhsil alıb.
1972-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna, (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) daxil olub,
1977-ci ildə həmin institutu fərqlənmə diplomu ilə bitirib.
1985-ci ildə həmin institutun aspiranturasını bitirib, dissertasiya işini müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsi alıb.
2007-ci ildə doktorluq dissertasiyasını müdafiə edib.  
2022-ci ilin sentyabrına kimi UNEC-in “Nəzəri və praktiki iqtisadiyyat” kafedrasının müdiri olub.
Universitetdə fəaliyyət göstərən doktorluq müdafiəsi üzrə müdafiə şurasının üzvüdür.
Hazırda  “İqtisadi və texnoloji elmlər” kafedrasının professorudur.
70-dən çox elmi məqalənin, monoqrafiyaların müəllifidir.

ELMİ ƏSƏRLƏRİNİN SİYAHISI
2011-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təhsilin inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunub.
Azərbaycan Respublikası Prezidentinin 24 sentyabr 2020-ci il Sərəncamına əsasən Azərbaycan Dövlət İqtisad Universitetinin 90 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə “Əməkdar müəllim”  fəxri adına layiq görülmüşdür.
Ailəlidir, üç övladı, iki nəvəsi var.