Sədaqət Əhmədli

Sədaqət Əhmədli

Ссылка Avesis

I Tədris binası
+994 12 492-59-03 (daxili: 1162)

Əhmədli Sədaqət Əlyatdin qızı 14 avqust 1972-ci ildə Bakı şəhərində anadan olmuşdur.
1990-cı ildə Bakı Dövlət Universitetinin Kitabxanaçılıq fakültəsinin "Kitabxanaşünaslıq və biblioqrafiya" ixtisasına qəbul olmuş və 1996-cı ildə oranı bitirmişdir.

ABŞ səfirliyinin nəzdindəki kitabxanaçıların Təhsil və İnformasiya Mərkəzində 6 aylıq “Kitabxana proseslərinin avtomatlaşdırılması” kursunu, Milli Kitabxananın nəzdindəki Tədris Mərkəzində isə “Müasir kitabxanalar və onların vəzifələri” adlı kursu bitirmişdir.
Həmçinin, Milli Kitabxananın Tədris Mərkəzində “Kitabxana proseslərinin avtomatlaşdırılması” kursunda müəllim kimi fəaliyyət göstərmiş və elektron kataloqun yaradılması, təşkili mövzusunda tədris keçmişdir.
Əmək fəaliyyətinə 1989-2014-cü illərdə M.F. Axundov adına Azərbaycan Milli Kitabxanasında kitabxanaçı, böyük kitabxanaçı, baş kitabxanaçı və ən son "Kitabxanaşünaslıq elmi tədqiqat" şöbəsinin müdiri vəzifəsində başlamışdır.
2019-cu ildən etibarən, hazırda, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Kitabxana İnformasiya Mərkəzində "Kataloqlaşdırma, kitabişləmə və biblioqrafiya" şöbəsinin müdiri vəzifəsində çalışır.


S.Ə.Əhmədli "Elektron resurslardan istifadə bacarıqları" və "Kitabxana etikası" təlimlərində “UNEC Kitabxana İnformasiya Mərkəzi üzrə fondların formalaşdırılması: yeni mərhələ, yeni baxış” mövzusunda təlim hazırlamış və tələbələrə və əməkdaşlara təqdim etmişdir.
"Əlfəcin" layihəsi çərçivəsində isə mərkəzin fondunda yerləşən UNEC alimlərinin rəqəmsal iqtisadiyyat, maliyyə, rəqəmsal marketinq və elektron bankçılıq sahələrində nəşr etdikləri dərsliklər və dərs vəsaitləri haqqında məlumat verən videoçarx hazırlamışdır. 
Bu videoçarx mərkəzin Facebook hesabı üzərindən paylaşılmışdır.

Sədaqət Əhmədli universitetin və UNEC Kitabxana İnformasiya Mərkəzinin ictimai işlərində fəal iştirak edir. Universitetdə çalışdığı müddət ərzində mərkəzin fondlarının yeni nəşrlərlə düzgün komplektləşdirilməsində, struktur bölmələri arasında sistemli paylanmasında və biblioqrafik fəaliyyətin yenidən bərpa edilməsində ardıcıl və məqsədyönlü fəaliyyət göstərmişdir.
S.Ə.Əhmədli kitabxanaçılığın müxtəlif istiqamətlərinə dair bir sıra elmi məqalələrin müəllifidir. Onlardan bəziləri:
1.  Azərbaycan kitabxanaları XXI əsrin informasiya məkanında (çoxcildli, C. 4, Bakı şəhərinin rayonları üzrə ümumtəhsil məktəblərinin kitabxanaları). Bakı, 2010. – 779 s.
2.  Azərbaycan kitabxanaları XXI əsrin informasiya məkanında (çoxcildli, C. 5, Azərbaycan Respublikası Təhsil Nazirliyi ümumtəhsil məktəblərinin kitabxanaları). C. 5, Naxçıvan Muxtar Respublikası ümumtəhsil məktəblərinin kitabxanaları. Bakı, 2011. – 611 s.
3.  Azərbaycan kitabxanaları XXI əsrin informasiya məkanında (C. 6, Azərbaycan Respublikası şəhər və rayonlarının ümumtəhsil məktəblərinin kitabxanaları). Bakı, 2013. – 555 s.
4.  Əhmədli Ə.Q. Zərrəyik qum saatında... (Şerlər). Bakı, 2013. /tərtib ed. S.Əhmədli/.
5.  Azərbaycan Milli Kitabxanası-90: məqalələr məcmuəsi. Bakı, 2013. Baş redaktoru və buraxılış məsulu K. Tahirov; redaktoru A. Abdullayeva; məsul katib S.Əhmədli.
6.  Əhmədli S. Milli Kitabxanada "Oxucu günü". Mədəni həyat jurnalı, 2013. – №8. – S. 35-37.
7.  Ахмедли С. 200 illiyə so Mirza Fatali Axundov. Вестник БАЕ jurnalı. Moskva, 2012. – №3.
8.  Тахиров К.М., Ахмедли С.А. Основные этапы развития научно-исследовательской деятельности азербайджанских библиотек. Вестник БАЕ jurnalı, Moskva, 2014. – №1.
9.  Əhmədli S. Milli Kitabxanada "Oxucu günü": Anket-sorğusunun nəticələri işi daha da təkmilləşdirməyə imkan verir. Mədəniyyət, 2011. – 20 aprel, S. 11
Türkiyənin İstanbul şəhərində Mərmərə Universitetində “Məsləki Bilgi Paylaşım Proqramı”nı keçmiş və “Katılım sertifikası” almışdır. “Heydər Əliyev ili”nə həsr edilmiş “Oxu mədəniyyəti” tədbirlər planı çərçivəsində keçirilən “Oxu paylaş” sosial media müsabiqəsində ikinci yerə layiq görülmüş və “Fəxri Fərman” ilə təltif edilmişdir.
Rusiya Federasiyasının Moskva şəhərində "Gənc kitabxanaçıların ixtisaslaşdırılması" təlimlərində iştirak etmiş və sertifikat almışdır. O, həmçinin Universitetlərarası I Kitabxana Forumu çərçivəsində “Akademik kitabxanaların inkişaf perspektivləri: 24/7 modelindən yeni hədəflərə doğru” mövzusunda Respublika Elmi-Praktik Konfransında, "Akademik kitabxanaların yeni fəaliyyət istiqamətləri" mövzusunda Beynəlxalq Elmi Konfransda və IFLA-nın 18-ci Interkreditasiya və Sənəd Təchizat Konfransında iştirak etmişdir.