Məmmədov Sahib Məmməd oğlu 20 noyabr 1967-ci ildə Azərbaycan Respublikasının Babək rayonunun Qaraqala kəndində anadan olmuşdur.
1994-cü ildə M.V.Frunze ad. İvanovo Toxuculuq İnstitutunu (indiki İvanovo Toxucucluq Akademiyası, İvanovo şəhəri Rusiya Federasiyası) bitirmişdir.
1994-1997-ci illərdə İvanovo Dövlət Toxuculuq Akademiyasının (İvanovo şəhəri, Rusiya Federasiyası) aspirantı olmuş,
1999-cu ildə İvanovo Dövlət Universitetində (İvanovo şəhəri, Rusiya Federasiyası) namizədlik dissertasiysını müdafiə etmişdir. İqtisad elmləri namizədidir.