Rafail Rzayev   Zeynal

Rafail Rzayev Zeynal

"Biznesin idarə edilməsi" kafedrasının baş müəllimi

Ссылка Avesis
Bakı, İstiqlaliyyət küçəsi, 6 (I Tədris binası)
Rafael_rzayev@unec.edu.az
+(994) 12 492-32-86  (18-46 daxili: 2-37)
1956-cı il oktayabrın 10-da Ağdam rayonunun Xındırıstan kəndində anadan olub.
1979-cu ildə Azərbaycan Dövlət Universitetinin Kimya fakultəsini, 1997-ci ildə Bakı Dövlət UNiversitetinin hüquq fakultəsini, bitirib.
1972-1973-cü illərdə Bakı Elektrik maşınqayırma zavodunda çilingər şagirdi, çilingər, 1973-1974-cü illərdə Azərbaycan Dövlət Universitetində baş preparator, 1976-1978-ci illərdə 2-saylı Evtikmə kombinatında fəhlə, qəlibçi, 1978-1992-ci illərdə Azərbaycan Dövlət Universitetində laborant, baş laborant, laboratoriya müdiri və baş müəllim vəzifələrində çalışıb.
1974-1976-cı illərdə həqiqi hərbi xidmətdə olub.
1992-1995-ci illərdə Azərbaycan Dövlət Gömrük Komitəsində sədrin birinci müavini vəzifəsində çalışıb.
1996-2003-cü illərdə Bakə Dövlət Universitetində kiçik elmi işçi vəzifəsində işləyib.
2007-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetində 0,5 ştat baş müəllim, baş müəllim, 2010-cu ildən Universitetin nəzdindəki İqtisadi Araşdırmalar Elmi Tədqiqat İnstitutunda Elmi katibidir. 
Hazırda "Biznesin idarə edilməsi" kafedrasında 0,5 ştat baş müəllimidir.
60 elmi əsərin, o cümlədən 6 ixtiranın və bir dərsliyin müəllifidir.
Beynəlxalq rəqabətqabiliyyətlilik və davamlı inkişaf sahəsində tədqiqatlar aparır.

2013-cü ildə AR TN-nin “Qabaqcıl təhsil işçisi” döş nişanı, 2021-ci ildə AR TN-nin fəxri fərmanı ilə təltif olunub.