Rəşad Hüseynov  Aktiv

Rəşad Hüseynov Aktiv

İAETİ-də şöbə müdiri, i.e.n., dos.

Ссылка Avesis
Bakı, A.Səhhət, 45 (IV Tədris binası)
+(994) 12 541-56-93; 440-79-85
+(994) 12 492-32-86  (18-46 daxili: 2-37)
Huseynov.Rashad@unec.edu.az
rashadhuseynov2013@gmail.com

1978-ci ildə Ağdam rayonunun Qalayçılar kəndində anadan olmuşdur.
1994-cü ilə Bakı şəri 238 saylı tam orta məktəbi bitirmişdir.
1998-ci ildə Bakı Dövlət Əmtəəşünaslıq Kommersiya İnstitutunun “Qeyri-ərzaq malları əmtəəşünaslığı” ixtisasında ali peşə istiqaməti üzrə bakalavr dərəcəsi almışdır. 2000-ci ildə Azərbaycan Dövlət İqtisad Universinində İnstitutunun “Qeyri-ərzaq malları əmtəəşünaslığı” ixtisasında həmin ixtisasda magistr dərəcəsi almışdır.
2000-2003-cü illərdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək və Sosial Problemlər üzrə Elmi-Tədqiqat və Tədris Mərkəzində əyani aspiranturada təhsil almışdır. 2005-ci ildə “Müasir elmi-texniki tərəqqi şəraitində əməyin təşklinin erqonomik problemləri” mövzusunda dissertasiya müdafiə edərək 08.00.05 – “Xalq təsərrüfatının iqtisadiyyatı və idarə edilməsi (əməyin iqtisadiyyatı)” (indiki 5308.01 – “Ümumi iqtisadiyyat”) ixtisasında iqtisad elmləri namizədi elmi dərəcəsi almışdır.
2005-2007-ci illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Əmək və Sosial Problemlər üzrə Elmi-Tədqiqat və Tədris Mərkəzində aparıcı elmi işçi vəzifəsində çalışıb.
2007-2010-cu illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Əmək və Sosial Problemlər üzrə Elmi-Tədqiqat və Tədris Mərkəzində “Həyat səviyyəsi və sosial müavinətlər” şöbəsinin müdiri vəzifəsində çalışmışıdır.
2010-cu ildən hazıradək Azərbaycan Dövlət İqtisad Universinin nəzdində İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunda şöbə müdiri vəzifəsində çalışır.
2007-2009-cu illərdə Bakı Biznes Universiteti 0,5 ş.v. müəllim işləmişdir.
2009-2014-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin “Beynəlxalq iqtisadi münasibətlər” kafedrasında saathesabı qaydasında dərs demişdir.
2014-2018-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin “Əməyin iqtisadiyyatı” kafedrasında 0,5 ş.v. müəllim işləmişdir.
2018-ci ildən  Azərbaycan Dövlət İqtisad Universitetinin “İqtisad və texnoloji elmlər” kafedrasında 0,5 ş.v. əvəzçiliklə müəllim, 2023-cü ildən isə həmin kafedrada 0,5 ş.v. əvəzçiliklə dosent vəzifəsində çalışır.
2017-ci ildən bu günə qədər Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutu nəzdinfə fəaliyyət göstərən FD 1.11 qeydiyyat nömrəli dissertasiya şurasının elmi katibi vəzifəsində çalışır (ictimai əsaslarla).
2017-ci il noyabrın 10-da UNEC-də Sülh və İnkişaf Naminə Ümumdün­ya Elm Gününə həsr olunan “Elm aylığı” çərçivəsində professor-müəllim heyəti, doktorant, gənc tədqiqatçı, magistr və tələbələr arasında elmi məqalə müsabiqəsində dosentlər arasında 3-cü yerə layiq görülmüşdür.
Azərbaycan Dövlər İqtisad Universitetinin (UNEC) 90 illik yubileyi münasibətilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin 22.11.2020-ci il tarixli № F-519 nömrəli Əmri ilə “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edilmişdir.
19.06.2023-cü il tarixində Azərbaycan Dövlər İqtisad Universitetinin (UNEC) rektoru prof.Ədalət Muradov tərəfindən “Universitetin həyatında fəal iştirakına görə” Təşəkkürnamə ilə təltif edilmişdir.