Nüsrət Qurbanov  Heydər

Nüsrət Qurbanov Heydər

"İqtisadi və texnoloji elmlər"kafedrasının dosenti

Ссылка Avesis
Bakı, A.Səhhət, 45 (IV Tədris binası)
+(994) 12 541-56-93; 440-79-85
Qurbanov Nüsrət Heydər oğlu1950-ci ildə Qərbi Azərbaycanda Mehri rayonunun Nüvədi kəndində anadan olmuşdur.
1972-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu fərqlənmə (qırmızı) diplomu ilə bitirmişdir.
1974-1978-ci illərdə Moskvada əyani aspiranturada oxumuşdur.
1979-cu ildə G.V.Plexanov adına Moskva Xalq Təsərrüfatı İnstitutunun Qida texnologiyası fakültəsində “İaşə məhsullarının texnologiyası” ixtisası üzrə bitki xammalında pektin maddələrinin tədqiqinə həsr olunmuş namizədlik dissertasiyası müdafiə etmişdir. 
2000-2014-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində “Qida məhsulları texnologiyası” kafedrasının müdiri olmuşdur.
2003-cü ildə Berlin Texniki Universitetinin Qida məhsullarının texnologiyası və qida kimyası institutunda beynəlxalq DAAD təşkilatının qrantı ilə tədqiqatlar aparmış, nar cecəsində pektin maddələrinin tədqiqi, səhləbdən (orxideya) alınan salepin tədqiqi və nar yağının alınması və s. üzrə elmi tədqiqatlar aparmışdır.
2002-ci ildən doktorluq dissertasiyası üzərində çalışmış, bitki xammalından funksional komponentlər və məhsulların alınması texnologiyalarını işləyib hazırlamışdır.
N.H.Qurbanovun son illər apardığı elmi tədqiqatlar perspektiv bitki xammalından zülal və pektin preparatlarının alınması, yerli at paxlası (Faba Vulgaris Moench) dənindən bioaktivləşdirmə (cücərdilmə) üsulu ilə funksional xassəli kompozisiyalar alınması və onların müasir qida texnologiyalarında tətbiqi ilə əlaqədardır.
Hazırda Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “İqtisadi və trxnoloji elmlər” kafedrasının dosentidir.
230-a qədər elmi-metodiki əsərlər dərc etdirmişdir. 
2 məqaləsi (2005) Almaniyada alman alimləri ilə birlikdə dərc olunmuşdur.
Doktorluq mövzusu üzrə 100-dən çox elmi-metodik vəsait dərc etdirmiş, o cümlədən 12 dərslik, 40 məqalə, 2 monoqrafiyası çapdan çıxmışdır.
8 ixtirası (patent) vardır. 40-dan çox beynəlxalq elmi konfranslarda iştirak etmişdir. Əsərləri Rusiya, Ukrayna, Belarusiya, Almaniya (2005), ABŞ (2018-2020), Braziliyada (2020) dərc olunmuşdur. 
3 şeir kitabı və 6 hekayəsi Bakıda dərc olunmuşdur.
Magistr və namizədlik dissertasiyalarına rəhbərlik edir, 2 dərslik və 2 monoqrafiyanı çapa hazırlayır. 

ELMİ ƏSƏRLƏRİN SİYAHISI

ELMİ ƏSƏRLƏRİN SİYAHISI (hiperlinkli)
2016-cı ildə “Tərəqqi” dövlət medalı, 2017-ci ildə respublikanın qabaqcıl təhsil işçisi döş nişanı ilə təltif edilmişdir. 
2006-cı ildə beynəlxalq İSESKO təşkilatının elmi müsabiqəsinin iştirakçısı olmuşdur.

2 övladı vardır.