Murad Bağırzadə  Manaf

Murad Bağırzadə Manaf

İAETİ-nin şöbə müdiri

Ссылка Avesis
Bakı şəhəri, İstiqlaliyyət küçəsi 6 (I Tədris binası)
murad.bagirzadeh@unec.edu.az

+(994) 12 492-72-11;  +(994) 12 492-59-03 (11-58)
1952-ci il avqustun 6-da Azərbaycan Respublikasının Gəncə şəhərində anadan olub.
1959-1969-cu illərdə orta məktəbdə oxuyub. 1968-ci ildə riyaziyyat üzrə Respublika olimpiadasının iştirakçısı və mükafatçısı olub.
1974-cü ildə Azərbaycan Dövlət Unversitetinin (indiki Bakı Dövlət Universiteti) Tətbiqi-riyaziyyat fakültəsini bitirib, həmin ilin avqustun 31-dən təyinatla Universitetin Hesablama Mərkəzində gənc mütəxəssis kimi kiçik elmi işçi vəzifəsində əmək fəaliyyətinə başlayıb . 1983-88-ci illərdə  SSRİ EA Mərkəzi İqtisadi-Riyaziyyat İnstitutunun (CEMİ) dissertantı olaraq, 1990-cı ildə „Təsadüfi dəyişənlər sisteminin strukturunun analizi” mövzusunda 08.00.13-iqtisadi-riyazi üsullar şifrəsi ilə CEMİ-də namizədlik dissertasiyasını müdafiə edərək iqtisad elmləri namizədi elmi dərəcəsini alıb.
1.  2018 – indiyədək – “Biznesin idarəedilməsi” kafedrasının dosenti, UNEC Biznes məktəbi.
2.  2010 – indiyədək – “Qeyri-neft sektorunun inkişafı” (əvvəlki “Sosial tədqiqatlar və Konsaltinq”) şöbəsinin müdiri, UNEC nəzdində İqtisadi Araşdırmalar Elmi-tədqiqat İnstitutu.
3.  2001 – 2009 – Dövlət İdarəçilik Akademiyası, “Dövlət İdarəetməsi və menecment” kafedrasının müdiri, dosent.
4.  1995 - 2000 – Bakı Politologiya İnstitutu (BISMPS), “Sosiologiya” kafedrası, dosent
5.  “Sosial texnologiyalar mərkəsi”  - STM-“Synergetics” , təsisçi və birinci direktor, (1998-2007).
6.  1996-2007-ci illərdə Dünya Bankının, yerli ekspert-məsləhətçisi olub.
7. International Project Management Association (IPMA), Certificate level “B”, A2.12.B.0009, 2012, I-st Assessor.  AzPMA  Layihə menecerləri Sertifikatlaşma Proqramının I Asssessoru.
7.  1992 – 1995 – Tələbə Qəbulu üzrə Dövlət Komissiyası, departament rəisi, Kollegiya Katibi.
8.  1990 - 1992  - Azərbaycan Dövlət İqtisad Universiteti Sosiologiya Laboratoriyasının müdiri.
9. 1987 – 1990 -  Azərbaycan EA AİS Şöbəsinin sektor müdiri.
10. 1980-1987 –  BDU və AGİ MK nəzdində AİES-avtomatlaşdırılmış informasiya email sistemləri laboratoriyada sektor müdiri.
11. 1974-1980 - BDU Hesablama Mərkəzində k.e.i., böyük e.i., büro və sektor müdiri.
1. “Dövlət idarəçiliyinin social-iqtisadi aspektləri” monoqrafiya - həmmüəllif (Azərbaycan dilində), Baku, 2002.
2. “Azərbaycan bələdiyyələri: təcrübə, problemlər, perspektivlər” monoqrafiyası, həmmüəlliflik, Baku, 2004.
3. “Dövlət idarəçiliyi nəzəriyyəsi” dərsliyi, həmmüəlliflik,  Baku, DİA, 2010
4. “Azərbaycanın iqtisadi inkişafının Heydər Əliyev strategiyası”, UNEC, monoqrafiya, 2019, həmmüəllif.
5. Bağırzadə M.M. Sosial tədqiqatlar: analiz və proqnozlaşdırmada yeni metodlar. UNEC ekspert jurnalı, (08) 2020. Səh.30-32. 
6. Bağırzadə M.M. Azərbaycanın müstəqilliyinin təntənəsi dünya mediyasında: böyük datalar üzərində təhlil. “Müstəqilliyin 30 ili” Respublika Elmi Praktiki Konfrans, Bakı, UNEC, oktyabr 2021. 
7. Bağırzadə M.M., Mikayılov F.Q. Qarabağ zəfəri və informasiya savaşı: qlobal xəbərlər bazası üzərində ilk tədqiqat təcrübəsi.  II Beynəlxalq  Qarabağ Konfransı “Zəfər günü və şəhidlərin anımı”, Bakı 08-10 noyabr 2021-ci il. Səh. 62-65.

AR Təhsil Nazirliyinin Fəxri Fərmanları